"Gömrük Komitəsində "paket ödənişləri" olmayıb" - KOMİTƏ SƏDRİ

"Təkcə 2017-ci ildə gömrük xidmətində 17 nəfər işdən çıxarılıb. "Paket ödənişləri" praktikası olsaydı, onları işdən necə çıxara bilərdik, axı bu halda prokurorluğa xəbər verə bilərdilər. Mən sualda dediyiniz kimi, maaşların zərflərdə veriməsinin mövcudluğunu inkar etmirəm, amma özünüz düşünüb məntiqi nəticələr çıxarın".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Turan-ın son iki ildə xarici ticarət əməliyyatlarının qanuniləşdirilməsindən sonra əmək haqqının səviyyəsi ilə bağlı sualına cavab olaraq bildirib.

Gömrük xidmətinin rəhbəri bildirir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları büdcədənkənar fondunun hesabına bir çox nazirlik və idarələrdəkindən daha çoxdur. 2017-ci ildən gömrük pozuntularından əldə olunan gəlirlərin 60%-i gömrük işçilərinin maddi təminatının gücləndirilmsinə yönəldilir.

635x100

Şərhlər

Bashirov Qarib 2018-01-19 18:22:53

Deyilen mentiqin gucune bir baxin.-axı prokurorluga xəbər verə bilərdilər.Bu məntiqə kimin nə sozu ola bilər.

zikos 2018-01-19 18:22:53

yalancinin burnundan gelsin

cina 2018-01-19 18:22:53

72-ci ildə tikilən evimi hələ də heç təmir eləyə bilmirəm.qonşum gömrükə işə girən bir ildə imarət tikdirdi,2 maşın aldı.gözüm yoxdu.ancaq nu nazir nə ....adamdır ə.bəs paket rüşvət yoxdusa qonşum bunları necə elədi?

Məmmədqasım 2018-01-19 18:22:53

Aydın müəllim deyir ki, “Paket ödənişləri” praktikası olsaydı, onları işdən necə çıxara bilərdik, axı bu halda prokurorluğa xəbər verə bilərdilər. Adamın lap gülməyi gılir. Hamı bilir ki, Əbədiyaşar ömürlük prokuror qoyulmuş Baş Prokuror Zakir Qaralov Aydın müəllimin tələbə yoldaşı olmaqla yanaşı yaxın dostudur. Belə olan halda hüququ pozulub işdən çıxarılmış adam şikayət edərmi? Boş şeydir.

aysberq 2018-01-19 18:22:53

Tamamilə düz buyurursunuz! Manatı "Brass üsulu ilə üzdürməyə başlatdıqdan" sonra ödənişlər paketdən kisəyə keçmişdir, cənabi Feterbürk duputatlığına namizəd,Salman bəy!!

Cəlaləddin F. 2018-01-19 18:22:53

Ölkədə paket maaşların vaxtilə bu komitədən başladığını bilməyən varmı? Dövlət bundan nə böyük vergilər itirib, Aydın, atma, nolar....

Son yazılar