ABİD ŞƏRİFOV KİMİ VƏ NİYƏ "VURDU"? - "Hər şey ailədə tərbiyədən asılıdır..."

Xəbər verdiyimiz kimi, baş nazirin müavini Abid Şərifov “ölkə.az” portalına müsahibə verib. Özünün təşəbbüsü ilə baş tutan müsahibədə Şərifovun bəzi ikibaşlı fikirləri diqqəti cəlb edib.

"Nazir vətənini sevən, partiyasına və dövlətinə sadiq adam, insan olmalıdır. Daha fırıldaq, dələduz olmalı, cızığından çıxmalı deyil. Yoxsa ki, “burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş olmur" - deyə, bəzi komanda yoldaşlarının "bostanına daş atan" baş nazirin müavini, müsahibəsinin sonunda ad çəkmədən övladlarının harınlığı ilə gündəmə gələn yüksək vəzifəli şəxsləri (?!) də hədəfə alıb.

Onun bu zaman səsləndirdiyi bəzi fikirlər isə həmkarı - baş nazirin digər müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənova göndərmə kimi qəbul oluna bilər. Hər halda Abid Şərifovun fikirlərini oxuduqda ilk ağla gələn şəxs nəvəsi milyonluq maşın kolleksiyası ilə harınlıq edən, avtomobili yüksək sürətlə idarə edərkən 2 nəfərin ölümünə səbəb olan Əli Həsənov olur. Sitat: "Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var... Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir".

Göründüyü kimi, ad çəkməsə belə Abid Şərifovun kimə mesaj göndərdiyini müəyyən etmək elə də çətin deyil. Hər halda onun "heç kim mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var" deyərkən, hansısa icra başçısını nəzərdə tutmadığı aydındır. İşarə birbaşa yaxın ətrafadır. Ətrafda isə bu "tərifə" nəvəsinin harınlığı ilə uzun müddət ictimaiyyətin qınaq obyektinə çevrilən Əli Həsənovdan daha çox uyğun gələn yoxdur...

Çox güman ki, Abid Şərifovun həmkarına belə ağır və açıq şəkildə mesaj göndərməsi təsadüfi deyil. "AzPolitika.info" xatırladır ki, məlum hadisəyə qədər Əli Həsənov baş nazirliyə əsas iddiaçılardan biri sayılırdı. Hətta bu vəzifəni tutacağına o qədər əminmiş ki, xaricdən sifarişlə zirehli maşın da gətizdiribmiş. Ancaq nəvəsinin törətdiyi məlum hadisə 2 nəfərin həyatı ilə yanaşı, Əli Həsənovun baş nazirlik iddialarına da son qoyub.

Əli Həsənovun baş nazirlik iddiası baş tutmasa da, onun belə bir niyyəti hökumətdəki bir çox şəxslərlə münasibətini gərginləşdirib. Xüsusən də baş nazirlikdə gözü olanlarla. Abid Şərifovun müsahibəsində Əli Həsənovu ittiham obyektinə çevirən fikirləri və "son nəfəsimə qədər də dövlətimizin və ölkəmizin inkişafı yolunda getməyə hazıram" sözləri, onun da baş nazirlik iddiasının olduğunu düşünməyə əsas verir. Əgər belədirsə, xeyirli olsun deyirik.

Ancaq onu da yada salmağı lazım bilirik ki, nəvəsi harınlıq edərək 2 nəfərin ölümünə səbəb olmazdan az əvvəl Əli Həsənov da oxşar fikirləri səsləndirmişdi. O, müsahibələrinin birində məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən demişdi: "Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?” Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Zaza 2018-01-20 09:02:47

Ne vaxt bizim de cavan savadli istedadli yarasiqli bas nazirimiz ve bas nazir muavinleri olacaq??? Cavan yeni yasi 40 dan yuxari. Olduk bu 2 qat pensiyanerlerin elinden.Ay balam bunlarin pensiya yasi hele catmayib??? 65- i 65 il evvel kecibler.

hərbi pensiyaçı 2018-01-20 09:02:47

Bunların hər ikisi 18 oktyabr 1991-ci il tarixdə Müstəqillik Aktının əleyhinə səs vermiş məmurlardır. Çünki onlar hesab edirdilər ki, Azərbaycan müstəqil olsa onları o vaxt vəzifəyə təyin edən Mockvanın himayəsini itirəcəklər. Lakin təəssüf olsun ki, belə olmadı Müstəqil Azərbaycanın rəhbərləri onlara daha yüksək vəzifələr verdi. hal-hazırda mühüm vəzifədə oturan məmur və deputatların əksəriyyəti o vaxt Müstəqillik əleyhinə səs verənlər olub və Moskvanı istəyiblər.

Adam 2018-01-20 09:02:47

“Hər şey ailədə tərbiyədən asılıdır…”Mən bu fikirlə qətiyyən razı deyiləm. -Elə valideyinlər var ki,özləri var-dövlət sahibləri olaslar da övladlarını ciddi tərbiyə edirlər.Ancaq övladlar isə ata-ananın verdiyi tərbiyənin əksinə-həddi buluqa çatandan sonra oğul-qız ya narkaman, qumarbaz, piyaniskə,oğru və valideyin əməyinə qarşı nankor olur. -Elə valideyinlər var ki,istər məmur olsun istər nazir,istərsə də adi vətəndaş ya da kasıb özləri var-dövlət sahibi olsalar da övladları ağıllı,kamallı,valideyininə

Adam 2018-01-20 09:02:47

valideyininə və valideyinin övladının həyatında çəkdiyi zəhmətinə,əməyinə qarşı sadiq və vətənpərvər olurlar.Adicə bir misal cəkmək istəyirəm. -cənab prezidentimiz İlham Əliyevin və xanımı birinci vitse prezident Mehriban xanım Əliyevanın övladları.İstər oğul övladı istərsə də qız övladları.elə kürəkənləri də.ALLAH onlari və valideyin əməyinə sadiq olanları xoşbəxt eləsin.AMİN!

məmmədqulu 2018-01-20 09:02:47

Allah görün camaatın başını nə ilə qatırlar? Guya bu "Alabala nüəllim" başqa kisə dağıdanlardan (büdcə) nə iləsə fərqlənir? Hamısı bir bezin qırağıdırlar da, hamısı da xalqın qanını işənlərdir.

hellas 2018-01-20 09:02:47

Bir gün Molla Nəsrəddin qocaların yanında oturubmuş. Qocalar da oturub keçmişdən gopa basırlarmış. Qocanın biri deyir ki mənim babamın elə bir ilxısı var imiş ki, ucu-bucağı görünmürmüş. Molla birdən qayıdır ki, düz deyir və mənim babamda onun babasının yanında ilxıçı işləyirmiş. Mənim babamın da elə bir uzun çubuxu var imiş ki, yerindən durmadan çubuqla ilxının başını qaytarırmış. Gopa basan qoca hirslənir ki bəs sənin baban o çubuxu harada saxlayırdı molla da deyir ki, sənin babanın tövləsində. Həpsi ayni

Oxuculara. 2018-01-20 09:02:47

Bismillahir-Rəhmanir-Rəhim Çox vaxt belə olur: Kasıb zəyif nəslin, güclü övladları olur Güclü nəsilin, isə zəyif uşaqları olur. Yaxşı olar ki Allahın işinə qarışmayarsan.

Hüsü Dostiyev 2018-01-20 09:02:47

Murad bəy, siyasətimiz 28 ilə "20 yanvar"ı anlamasa da həyat davam edir. Bu da yersiz mülahizədir. Mütləqiyyətin artıq daha gənc və göyçək namizədləri var. Siyasət və jurnalistikamız vacib amillərin fərqində belə deyillər. A.Rəsizadə H.Əliyevin və Ə.Elçibəyin təkzib edilməz namizədi oldu. İndi də kadrları təyin etdirib arxasında duranlar da var.

Natiq Şirinzadə 2018-01-20 09:02:47

Abid müəllim çox dürüst, vetenperver, zehmetkeş insandır.Allah Ailesini qorusun, oğlu Elçin olduqca terbiyeli, zekalı, tevazökardı ve bir örnekdi. Men Elçine muradı nedi Allahdan bexş etsin söyleyirem.

yetim 2018-01-20 09:02:47

BAKI BUS-larda qiymət 30 qəpik olubdur

REDAKTOR 2018-01-20 09:02:47

ABİD ŞƏRİFOV COXXXX DUZ DEYİR. AMMA MƏNİMDƏ ONA BİR SUALİM VAR. RƏHMƏTLİK ROVŞƏN CAVADOV SİLAHLİ BİRLƏŞMƏ YARADİB DOVLƏTİMİZƏ, PREZİDENT HEYDƏR ƏLİYEVƏ QARŞİ QİYAM QALDİRDİ. ROVŞƏN CAVADOVLA ABİD ŞƏRİFOV İSƏ QUDADİR. ONDA SUAL EDİRƏM ABİD ŞƏRİFOV SİZ NECƏ DOVLƏTDƏ TƏMSİL OLUNDUZ Kİ SİZİN QUDANİZ BU DOVLƏTİ VƏ UMUMİLLİ LİDERİMİZİ SİLAHLA DEVİRMƏK İSDƏYƏNİN QAHMİ İDİNİZ AXİ? TƏBİİ Kİ SAYT YA DEDİKLƏRİMİ YA DA FİKRİMİ RƏDD EDƏCƏK.

Yenə Hüsü 2018-01-20 09:02:47

Ay YETİM, Allaha şükür gərəkdir. Görürsünüz ki, ağsaqqallardan vətəndaş bərabərliyi haqqında sorub, sonradan müsahibələri ilə üz-üzə qoymuşlar? Xərcləyəndə Azərbaycanın bütün varidatı ikicə adama çatmır. Çox pul baş gicəlləndirir. Elə gündəlik dolanışığa, çörəyə, yola çatan məbləğ baş ağrisı yaratmasın kifayətdir! Mao ya deyiblər-Çin azcdır! O, cavab verib ki, toxluq insana harınlıq və süstlük(xəyalət yuxusu) gətirir!

Natiq şirinzadəyə 2018-01-20 09:02:47

Azəraycanımızın bütün bölcələri sürətlə inkişaf edir,yalnız Şəkidən başqa... Şəkinin inkişafdan qalmasının əsas səbəbkarlarından biri,təriflədiyin abid şərifovdur. başqa söz deməyə ehtiyac ............................?

Adam-q 2018-01-20 09:02:47

Doğrudan da sən adamsan,ancaq norma insan deyilsən.Yaltaqlıq insanlara məxsus xasiyyət oub,insanlığa aid edilmir. Ğncə özününə ağıl öyrədib.sonra başqalarına məsləhət gör.Bir də xslətində yaltaqlıq,aşağılıq olan adamdan nə gözləmək olar ki?

HAQQ ETDİYİMİZİN QƏDƏRİ! sos! sos! sos! 2018-01-20 09:02:47

Son 30 ildə 30 min igidi şəhid, 70 min igidi QAZİ, 1 MLN azərbaycanlını qaçqın edən ERMƏNİ-XAİESLƏR Azərbaycanda GENİŞ AGENTURA ŞƏBƏKƏSİNƏ MALİKDİRLƏR ...

Akif 2018-01-20 09:02:47

Azərbaycan kicik bir dövlətdir. Hamını yaxşı tanıyırlar.Qaldı bunlara--Hər iki müavin rədd olub getməlidir.Onların ikisi də .....Bunlara bax özlərini mələk kimi göstərirlər.İxtiyaları məndə olsa ikisini də....

G.M 2018-01-20 09:02:47

Allaha çox minnətdaram..bəzi insanların aurasını elə yaradıb ki,onu tanımaq üçün çox da vaxt itrib,əziyyət çəkmirsən.Kimliyini alınına yazıb..sadəcə bir balaca diqqətli olmalısan ki,yanılmayasan.

Redaktor 2018-01-20 09:02:47

Nazirlər kabinetində ən pul gətirən sahə məhs Abid Sərivova məxsusudur. Uzun illərdir olkədə tikintiyə, nəqliyyata, rabitəyə və fovqalədəyə kurasiyaliq edən nazir muavini bu qurumun ən varli adamidir. Tam məsuliyyətlə demək olar ki nəqliyyati demirən olkədə rabitə sahəsində olan gəlir əhalinin umumi gəlirinə bərabərdir. Xarici danisiqlar və internetdən gələn qazanc hər ayda 100 milyonlarla olculur. Belə ola halda Abid Sərifov bu qazancdan kənarda qala bilərmi? Təbii ki, yoxxx, nettt..., noooo...!!!

rövşən 2018-01-20 09:02:47

Mən və mənim pilot dostlarım Əli Həsənovun doğma kəndi olan Böyük Mərcanlı kəndinin dəmir yol stansiyassına güclü aviasiya zərbələri vurduq il -1994 -ün 15 aprel-amma onların harınlamış övladları bunun əksini edirlər.

hərbi pensiyaçıya 2018-01-20 09:02:47

Müstqillik aktına deputatlar səs verib və Abid Şərilov deputat olmadııəna görə heç ondan soruşanda olmayın .Moderator ,qanan qanmayan hamısı yazır onları başa sal

REDAKTOR 2018-01-20 09:02:47

FİKİRLƏRİMİ İCTİMAİLƏŞDİRDİYİNƏ GORƏ SAYT RƏHBƏRLİYİNƏ TƏŞƏKRULƏRİMİZİ BİLDİRİRİK!...

zaur 2018-01-20 09:02:47

abid şərifovun hay-hayı gedib vay-fayı qalıb.o da düz-əməlli tutmur.şərifovun məqsədi odur ki nk-da ixtisar olanda özünə bir yer saxlatdırsın.vəssalam!

Cəmşid 2018-01-20 09:02:47

Abid bəy Bu vurulmuşun nəyini vuracaq.Nəvəsi insanları əzdiyi gündən Əli Həsənov vurulur. Lakin bunca ictimai qınağa məruz qalan Əli müəllim yıxılmır ki, yıxılmır. Çünki, Əli müəllimi hələ ki, ayaqda saxlayan belə istəyir. O cümlədən də Pirallahının başçısı Vasif İmanovu. 02.09.2016-cı ildə məmurlarının törətdiyi özlüm hadisəsi ilə bağlı aidiyyatı qurumlara 4 min vərəqdən çox məktub atılıb. Vasif İmanovu qoyaq bir yana bu ilşə bağlı məmurlarından Manaf Manafov və Həsən Niftəliyev hayla vəzifədə.

ABDULQAQDIR 2018-01-20 09:02:47

INDIKI HÖKÜMETDE BASH NAZIR POSTUNA ELI HESENOVDAN REAL NAMIZED GÖRMÜREM.BELE KI,O QACKIN SOYDAN ISTEDIYINDEN ARTIQ YEYIB DOYUB VE YAQIN KI,BAS NAZIR OLDUGU MÜDDETDE HEZM ETMEKLE MESGUL OLA BILER.ÜSTELIK O VEZIFEYE QAN QRUPU DA UYGUNDUR.

Son yazılar