“RUSİYA KƏŞFİYYATI AZƏRBAYCANDA ÇOX AQRESSİV İŞ APARIR!” - ""5-ci kolon"un çox böyük imkanları var"

"Bu iş sovet dövründəkindən də güclüdür və əksər strukturlara, o cümlədən 4-cü hakimiyyət deyilən mətbuata da aiddir"

AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, hazırda Azad Demokratlar Partiyasına sədrlik edən Sülhəddin Əkbər "Sherg.az" saytına Azərbaycanda "KQB" arxivlərinin açılmasına dair iddialar, arxivin açılmasının faydası və zərərləri, Qərbin Azərbaycanda "KQB" arxivinin açılmasında maraqları, "5-ci kolon"un ölkəmizdəki fəaliyyəti, son dönəmlər Azərbaycanda rus dilinə olan marağın artması və s. məsələlər ətrafında maraqlı müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Son zamanlar Azərbaycanda 1918-ci ildən 1991-ci ilə qədər olan dövr üçün "KQB" arxivlərinin açılması məsələsi gündəmə gəlib. Sizcə, hazırda buna ehtiyac duyulurmu?

– Bu məsələ bizim hakimiyyətdə olduğumuz dövrdə də çox aktiv və intensiv müzakirə olunurdu. Həmin dövrdə mənim yanaşmam ondan ibarət idi ki, birincisi, dövlət, hərbi və xidməti sirlər haqqında qanun qəbul olunmalıdır. O qanunda həmin sirlərin saxlanma müddəti göstərilməlidir. Ondan sonra arxivlərin açılması qaydası haqqında parlament qanun qəbul etməlidir və bu qanunda arxivlərin hansı hissəsinin, hansı qaydada açılması müəyyən edilməlidir. Bu qanunlar qəbul olunduqdan sonra müəyyən olunmuş qaydada parlamentin yaratdığı müstəqil komissiya tərəfindən açılmalıdır. Həmin fikrimdə yenə də qalıram.

– Arxivin açılmasının zərərləri və müsbət tərəfləri barədə nə deyə bilərsiz?

– Artıq 1991-ci ildən etibarən Azərbaycan öz müstəqilliyini əldə edib. Müstəqilliyimizdən uzun müddət keçməkdədir. Azərbaycan müstəqilliyi dövründə öz məxfi əməkdaşlar sistemini qura bilibsə, bu arxivlərin açılması dediyim o qanun və qaydalar əsasında, dövlət, milli, hərbi və kəşfiyyat təhlükəsizliyinə, eyni zamanda təhlükəsizlik xidmətinin maraqlarına ziyan verməyəcəksə, təbii ki, arxivlər açıla bilər. Məxsusi olaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal dövründən söhbət gedirsə, mənə elə gəlir ki, işğal dövründə olan bütün agentura məlumatları və işğalçıya xidmət edən bütün agentlər ifşa olunmalıdır.

– Burada həssas və maraqlı bir məqam ondan ibarətdir ki, millət vəkili Zahid Orucun qeyd etdiyi kimi, bunu Qərb ölkələri də istəyir. Qərbin marağı nədən ibarət ola bilər? Qərb nədən birdən-birə durub 1918 və 1991-ci illər ərzinin arxivinin açılmasını istəyib?

– Burada anlaşılmayan nə var ki? Söhbət Azərbaycanın işğal dövründən gedir. Görünür, bu məsələ Qərbi ona görə narahat edir ki, Azərbaycanın istiqlalçı və demokratik qüvvələrinin maraqları ilə Qərbin maraqları həmin məqamda üst-üstə düşür. Biz də, Qərb də, şəxsən mən də ona görə narahatam ki, bu gün Azərbaycanda Rusiyanın güclü "5-ci kolon"u mövcuddur. Problem budur. Azərbaycanın müstəqil və suveren bir dövlət olması, demokratik inkişaf yoluna çıxması və demokratik dünyaya inteqrasiya olmasının qarşısını alır.

– Son dönəmlər Azərbaycanın müstəqilliyi, istiqlalı və ya hürriyyəti üçün misilsiz xidmətləri olan tarixi və ədəbi şəxslərin ləkələnməsi istiqamətində ciddi-cəhdlər müşahidə edirik. Ola bilərmi ki, daim milli ruhu, milli düşüncə və ya məfkurəni təbliğ edən ziyalılarımıza qarşı "qara piar" kampaniyasının arxasında həmin "5-ci kolon" dayansın?

– 2004-cü ilin əvvəlindən başlayaraq Rusiyanın kəşfiyyat xidməti Azərbaycanda çox sistemli, aktiv və hətta deyərdim ki, aqressiv iş aparır. Onun nəticəsidir ki, "5-ci kolon"un çox böyük imkanları var. Bu, əksər strukturlara və 4-cü hakimiyyət deyilən mətbuata da aiddir. Hazırda Rusiya kəşfiyyat xidməti Azərbaycanda sovet dövründən də aktiv və aqressiv iş aparır. Bu fikrimin altını cızaraq qeyd edirəm. Bu iş sovet dövründəkindən də güclüdür, baxmayaraq ki, onda total kommunist nəzarəti var idi. Amma söhbət xüsusi xidmətin fəaliyyəti və nəzarətindən gedir.

– Bu planı "5-ci kolon" hansı formada həyata keçirir?

– Rusiya kəşfiyyatı Azərbaycanda strateji fəaliyyət göstərir. Yəni onun uzunmüddətli planları var, geniş, hərtərəfli və dərin fəaliyyət göstərir. Ədəbiyyat, incəsənət sahəsindən tutmuş, Azərbaycanın tarixi, mədəniyyəti, dili, iqtisadiyyatı, ordusu, dini, sosial, psixoloji, ideoloji və informasiya məkanı və s. sahələrdə dərin fəaliyyət göstərir. Tarixi dərinliyi nəzərə almaq lazımdır. Bu plan Azərbaycanın parçalanmasına, 1813 və 1828-ci illər – Gülüstan və Türkmənçay müqavilələrinə, həmçinin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalına qədər gedib çıxır. Bir daha qeyd edirəm ki, Rusiya kəşfiyyatı strateji fəaliyyət göstərir ki, hazırda Bakının mərkəzi küçələrində türk dilindən daha çox rus dilində danışanları görürsən.

– Rus dilinə maraq nədən irəli gəlir? Doğrudan da son illər əksəriyyət övladının rus dilində təhsil almasını istəyir. Bunu da rus dilinin prestijli dil olması ilə izah etməyə çalışırlar. Sizcə, bu da "5-ci kolon"un təbliğatının nəticəsidir?

– Təsəvvür edin, Azərbaycanda təhsilin 16 faizi rus dilindədir. Azərbaycanın dövlət dili türk (Azərbaycan) dilidirsə, bu rusdilli kadrlar nə üçün və kim üçün hazırlanır? Jurnalistlər bu sualları qaldırmalıdırlar. Sağ olsun, arada xalq şairi Sabir Rüstəmxanlı bir ziyalı kimi məsələni qaldırdı və ona da çoxsaylı hücumlar oldu ki, o da çox zaman təklənir. Dil ən strateji məsələdir. Bir millət hətta dövlətini itirə bilər. Amma dil başda olmaqla milli kimliyini qoruyub saxlayarsa, o millət öz dövlət müstəqilliyini yenidən bərpa edə bilər. Dilini və milli kimliyini itirən milllət heç zaman öz dövlət müstəqilliyini bərpa edə bilməz və yox olub gedər. Dilsiz heç zaman milli dövlət ola bilməz. Dil bu qədər önəmlidir.

635x100

Şərhlər

Fəradi 2018-01-19 18:38:53

Bir faktı nəzərə almaq lazımdır ki,xarici dil bilən gənclər daha qazanclı sahələrdə iş tapa bilirlər.Hesab edirəm ki,bu təbii prosesdir.Məsələn xarici dil bilmədən texniki məsələlər barədə ətraflı məlumatlar almaq çox çətindir. Xarici dillərdən rus dilini öyrənmək daha asandır,çünki bunun üçün ölkəmizdə baza var (pedeqoq,yaşlı insanların bu dildə daha çox danışması və.s). Fikrimcə ingilis,alman, fransız,çin dillərinin öyrənilməsinə dövlət tərəfindən daha çox önəm verilsə,rus dilini öyrənənləri çox az olar.

Turançı 2018-01-19 18:38:53

Salam cənab vətəndaş mənə irad bildirən baxıram rusiyanın tərəfini saxlayırsınız məgər rusiya işğalçı ölkə deyil ki? Digər OXUCU adı ilə fikir bildirən vətəndaş çox düzgün vurğuladınız elə ona görə də bu gündəyik də öz kimliyimizi dilmizi unutdurmağa çalışırlar.Digər Arif adlı vətəndaş isə qeyd edir ki hansı dildə milliyə dəxli yoxdur bu necə yanaşmadır birbaşa dəxli var. Hər bir millətin öz doğma dili var və onunla da ünsiyyət qurmalıdır.Digər fikirlərinizlə tam razıyam

t.ədalət 2018-01-19 18:38:53

Sülhəddin müəllimin fikri doğrudur. Həmin casus-kəşfiyyat şəbəkəsi torpaqlarımızın azad edilməsinə imkan vermir.rus-erməni hərbiçiləri ərazilərimizə hücumlar edir,işğal altındakı torpaqlarda rahat tikinti işləri görür, tikilən evlərdə rus hərbiçiləri də məskunlaşır,ancaq bizimkilər bunların qarşısını almaq üçün hərəkət etmirlər.Bizim XİN rəhbəri ermənistan xin-i ilə lazımsız görüşlər keçirir.erməni-rus hərbiçilərinin işğal olunmuş ərazilərimizdə etdikləri vəhşiliklər haqqında heç bir nota verilmir..

samir 2018-01-19 18:38:53

"5-ci kalon" bizdə dövlətin ən yuxarı təbəqəsində kök salıb.Bunların əksəriyyəti bəlkə də qaytardılar ümüdü ilə yaşayırlar.Nə qədər onlar var,bizim müstəqilliyimiz təhlükə altındadır.Sual oluna bilər ki, məgər müasir sivilizasiyada rus dilinin çəkisi nə qədərdir? Sizi inandırım ki, heç 1% deyil.Hara gedirsən deyirlər "rusun dövrü" daha yaxşı idi.Başa düşmək istəmirlər ki,rəhbərlikdə elə həmin adamlardır.Sadəcə olaraq onların psixologiyası zəhərlənibdir.Bax prolem bundadır.

Bəhram Qarabağlı 2018-01-19 18:38:53

Avropadan Azərbaycana 1895-1920-ci illərdə nüfuz etmiş Sosial-demokrat hərəkatının "işğal"adlandırılmaq haqlı görünmür. Rusiya dəniz donanması 1895-ci ildən Bakıda dominat idi. Çarlığın (1917-1920) müvəqqəti süqutu, Bakı və Gəncədə ermənilərin türk elitasını məhv etməsi ilə Cümuhürriyətə zəmanət qalmamışdı. "4 və 5-ci kolon"ların aktivliyi 2012-ci ildən sanki iqtidarın ikili mövqeyi ilə uzlaşır? Görünür, Qərbin marağı müstəqilliyin MDB-də "əriməsi" və KTMT əsarətinə münasibətdədir?

oxucu 2018-01-19 18:38:53

.... NIYE, PENSIYAYA - DAIMI ISTIRAHETE GONDERMIRLER ??????? Ermenilerin HIMAYEDARLIQI ile Sputnik.az sayti Azerbaycanda fealiyyet gosterir ( Azerbaycan KIV-leri yazmishdi)...

Galib 2018-01-19 18:38:53

Niye usag rus mektebine gedir?Sene oxsamasin-ona gore!O geder rus ve ya rus dilli azerbaycanlilar Veteni mudafiye edin ve edir!Arani gatmayin!!!Ayri problemleri hell edin!

hərbi pensiyaçı 2018-01-19 18:38:53

Süləddin müəllim! Bəs ingilis, alman nə bilib hansı zibil dili bilən kadrlar kimə lazımdır? Sizin yüyütdüyünüz bu mühakimələrin heç bir əsası yoxdur. Xalq övladını rus dilində oxudursa Sizcə bu uşaq Rusiyanın agentidir? Bəs ingilis, fransız təmayüllü məktəblər? Onlar kimin agentləridir?

Redaktor 2018-01-19 18:38:53

Dil o qədər onəmlisə bəs onda talislarin, ləzgilərin niyə dovləti olmasion? Yanilirsiz Sulhəddin bəy. Dovlət olmaq ucun dildən onəmli millət olmaq lazimdir ki, o da biz də yozdur. Məhs sizin və qeyd etdiklərinizin donəmində..

Turançı 2018-01-19 18:38:53

Çox gözəl mövzuya toxunulur. Biz millət kimi öz kimliyimizi dilimizi qoruyub saxlaya bilsək çox nailiyyətlərə nail ola bilərik. Bu mövzu yaralı yerimizdir Oxuculara sual ünvanlayıram hər bir millət öz kimliyini sübut etmək üçün nə lazımdır Dövlət dilimiz əgər o da əriyib əcnəbi dilin içində yoxa çıxırsa hansı millətin nümayəndəsiyik deyə bilərsinizmi??? Hər bir millətin öz dili var əgər biz özümüzü rusdilli adlanırırıqsa elə özümüzə millətcə rus deyək daha TÜRK niyə deyirik.Çox dil bilmək gözəl əlamətdir

Turançı 2018-01-19 18:38:53

Hətta mən deyərdim düşmənimiz olan erməni dilini də bilmək vacibdir. Hərçənd ki erməni üzdə olan düşməndir üzdə dost arxada gizlənən əsas düşmən elə rusdur onun ideolojiyasıdır.Millət kimi öncə öz doğma ANA Dövlət dilimizi bilmək vacibdir.Fikir verin müstəqil dövlətimizin orta məktəblərində rus bölməsi niyə var bilirsinizmi milləti öz kimliyindən uzaqlaşdırmaq ruslaşdırmaqdır. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm bu şərtlə ki xarici dil kimi öyrənilsin digər dillər kimi daha xüsusi məktəblər olmasın.

Keçmiş yaralı döyüşçü 2018-01-19 18:38:53

KQB-arixlərinin açılmamasının 1-ci səbəbi o vaxt kı iqtidarın və ondan sonra indiki hakimiyyət klanının istəməməsidir. Bir söznən lüstirasiya olmalı idi. Kim ora ilə əməkdaşlıq etmişdisə Pribaltika ölkələrində kimi siyasətə yaxın buraxılmamalı və heç bir vəzifə tutmamalı idi. Birinci katib, partkom komsomol katibləri və keçmiş az.ssr-də vəzifə tutanların hamısı o yuvanın böcəkləridi. Elə Sizidə o vəzifəyə qoyanların məqsədi ortada milli görünüb həmin arxivlərin ağzına daha bir böyük qıfıl vuraraq həqiqətlərin üzə çıxmaması məqsədini güdmüşlər. Çoxlu dil bilmək insana heç vaxt ziyan verməmişdir, əsas olan o bədəndəki milli ruhdur, əgər insan vəzifə naminə öz əslini danırsa, yaxşı yaşamaq arzusu ilə min bir fırıldaqa əl atırsa bax o adamlar əsil bu xalqın düşmənidir. O ki, qaldı rusbaşlılara (yəni yerli olub manqurtlaşanlar) elə onlar hökümətin bir zat özüdükü var. Bəziləri deyir ki, Qarabağ məsələsinin həll olunmasına ruslar qoymurlar, mənim fikirimcə bu məslənin həll olmamasını istəməyən iki qüvvə vardır. Birincisi bunu istəməyən iqtidar və iqtidarın əliynən at oynadım cib dolduran klanlardı. Hakimiyyət bu məsələni həllini istəmir ona görə ki, məsələ həll olsa konst-yada olan qanuni hakimiyyət müddəti tətbiq olunacaq, bu halda müharibə şəraiti ilə əlaqədar hakimiyyət müddətini uzada bilməyəcəklər. İkinci qüvvə bu məsələnin həll olunmasını istəməyən qaçkınkom deyilən qurumdur, məsələ həll olunduğu halda küllü miqdarda malliyyə vəsaitinin ayrılaraq mənimsənilmə prosesi dayanacaqdır. Bax bu iki səbəbdən Qarabağ məsələsi həll olunmayacaq.

Turançı 2018-01-19 18:38:53

Baxın bu da rusiyanın siyasətidir öz dilni burda yaşadır öz içimizdəki sapı özümüzdən olan satqınların əli ilə məqam düşəndə onlara işləməyə sövq edilir.Çünki Şimali Azərbaycan həmişə yadelli işğalçılar üçün yağlı tikə olubdur hərçənd ki biz onu görmürük və qədrini bilmirik ancaq ermənilər gözəl bilir. Ona görə də tarixboyu torpaqlarımız zaman-zaman əlimizdən alınıbdır. Bir sözlə millətin dilini əlindən al sonra onu idarə etmək asanlaşır.Çox təssüf ki özlərini kübar hesab edən rusdilli sayanlar dərk etmirki

Turançı 2018-01-19 18:38:53

ay bədbəxt könüllü rusun köləsinə çevirilirsən.Gedin rusiyaya orda öz dilinizdə öz millətinlə ünsiyyət qur gör rus sənə necə reaksiya verəcəkdir Bu qədər rus başımıza bəlalar açıbdır yenə onların yaxasından əl çəkmirik.Gündəlik həyatımızda rus kəlmələrini artıq özəlləşdirmişik. Hətta yeni körpələr mənasını bilməsələr belə rus sözlərini işlədir. Xahiş edirəm məni düz anlayın gəlin özümüz olaq dilimizə hörmət edək. Bir millət kimi kimliyimizi unutmayaq.Hətta millətcə ruslar Azərbaycan vətəndaşıdırsa bizim

Turançı 2018-01-19 18:38:53

dildə danışmalıdır bu onun vətəndaş kimi borcudur.Baxın Cənubdakı soydaşlarımızın iranda bir dənə də olsa ana dilimizdə məktəbi yoxdur farslar imkan vermir.Ancaq onlar dilimizi ev şəraitində qoruyub saxlaya biliblər. Bizim faciəmiz ondadır ki,millətimiz Quzeydəkilər ruslaşıbdırGüneydəki isə faslaşdırılıbdır Gəlin özümüz-özümüzə,dilimizə hörmətlə yanaşaq dilimizi qoruyaq saxlayaq yoxsa başqa milətlərin içində Assimilyasiya olunacağıq Bu sözün mənasını bilməyənlər üçün izahını bacardığım qədər yazıram

Turançı 2018-01-19 18:38:53

Assimilyasiya(lat. "oxşatma", "uyğunlaşdırma")-birxalqın digər xalqla öz dilini, mədəniyyətini və s.-ni itirmək yolu ilə qarışması. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir. İmperiyalarda, o cümlədən rusiya imperiyasında tabelikdə olan xalqların zorakı, məcburi assimilyasiyasından (ruslaşdırmadan) geniş istifadə edilirdi. Dilimizi millət kimi UNUTMAYAQ

oxucu 2018-01-19 18:38:53

Ordunun Bash qerargah reisi N. Sadikov danisha BILMIR Azerbaycan dilinde, Bash nazir Artur Resizade danisha BILMIR Azerbaycan dilinde. Bezi, chox yuksek vezifeli cenablar, evde oz ermeni arvadlari ile danishirlar rus dilinde.

[email protected] 2018-01-19 18:38:53

Ana dilini bilmek önemlidi, çünki dildeki sözler insanı öz köklerine bağlayır. Sözlerin menasını derk etdikce milli kökleri de derk edirsen. Xarici dilleri, esasen İngilis dilini qlobal ve Rus dilini regional dil kimi bilmek de lazımdır. Milli menlik üçün en vacibi milli ideologiya vasitesi ile yetişen milli ruhdur ki öz eksini bizim 3rengli bayrağımızda tapıb. Biz müasir, eqideli Türk ve Müselman olmalıyıq, hansı dilde danışmaq milliliyin esas şerti deyil.

Turançıya 2018-01-19 18:38:53

Qarabağ həllinə də belə kəskin yanaşılsaydı? Ruslar xalqı məgər, Qərbə hərbi-zorba, Suriyaya dəstək, İrəvanı müftə, Bakını öz xərclərinə saxlamağın tərəfdarıdırmı? Əsla yox! Doğru operativ hüquqi siyasətin heç bir qüvvənin üstələmədiyini Madrid və Bağdad göstərdilər. ABŞ 40 ildir kürd inqilabı ilə İraq-türkmən neftini mənimsəmək istəyir. Bağdadın 50 illik dostu Kreml isə o, hələ devrilməmiş terrorçularla neft sazişinə qaçdı. Hərə öz iqtisadi marağı, rəsmi Bakı isə qlobal şöhrət həvəsindədir!

Bir də Turana 2018-01-19 18:38:53

DTKdakı mafiya M.Qorbaçovsuz da DQarabağ, qanlı Sumqayıt, 20 yanvar və 20 noyabr təxribatlarını Qərbdən "xosunlanan" SSRİ-nin dağılma hədəfi üzrə həyata keçirirdi. Biz-Azərbaycan, Ağabeyyan, Bağdasaryan, Xristoforov, Sərkisyan, Köçəryan və həmin DTK generalları sanki gizlədirik. Hərəmə heç bir rusiyalı(Jirinovski) və rus deməyib ki, 400 rus məktəbi saxla. 1986-cı ildən Eltsin və Putinin birinci prezidentlik dövrü istisna olmaqla, Kremlin XARİCİ SİYASƏTİ Rusiya və rus xalqına yox, əleyhinə yönəlib!

Turançı 2018-01-19 18:38:53

Bakının mərkəzi küçəsində,hətta dövlət müəsisəsi olan xəstəxanalarda ünsiyyət kimi rus dlindən geniş istifadə olunur.Sanki bir anlıq Azərbaycanda olduğunu unudursan elə bil rusiyadasan.Bax siyasət budur mədəni surətdə ruslar bizi belə ələ alır istifadə edir.Yoxsa xaricdən bizə rusiya təsir edə bilməz. Bu tarixboyu olubdur olur deyəsən yenə olacaqdır.Millətdə təpər olmalıdır hamılıqla qınaq kimi mübarizə olunmalıdır ki rus dilində danışan fəxr etməsin utansın Köləlikdən çıxmağın zamanıdır.

Turançı 2018-01-19 18:38:53

Baxın gündəlik rast gəldiyimiz rus kəlmələri-mətbəx (кухня), soyuducu(холодильник), eyvan(балкон) dəhliz(коридор)hər şey(всё) hadi(давай) yalnız(просто) artıq(уже) masa(стол)miz(стул) oturacaq(сиденье)cam, bardak(стакан) fincan(чашки) qəhvə(кофе) dolab(шкаф) çaydan(чайник) yol işığı(светофор) təcili yardım(скоро) xəstəxana (больница)və.s sadalamaqla qurtarmaz.Gündəlik işlətdiyimiz rus kəlmələrini artıq özəlləşdirmişik. Sual yaranır axı niyə olmaz öz dilimizi təmiz bilək.Hərçənd ərəb fars sözləri də dilimizdə var.

Valiko 2018-01-19 18:38:53

5 ci kalonyanın şefleri .....hamsı hakimyetdedi di gel sen azad sacki kecir

REDAKTOR 2018-01-19 18:38:53

TURANCİYA BELƏ BİR SUAL ETSƏK GORƏN XATİRİNDƏ QALRMİ? MƏGƏR DEDİKLƏRİN VƏ AZƏRBAYCANİ TARİXİ İNKİSAF YOLUNDAN CİXARAN SƏNİN KİMİLƏRİNİN ŞƏXSİ FİKİRLƏRİ OLMAYİBMİ?AZRBAYCAN MUSDƏQİLLİYİNİ QAZANMAQ UCUN 20 YANVARDA OÖUL VƏ QİZLARİNİ RUSİYANİN TANKLARİNİN ALTİNA ATDİ VƏ BU HADİSƏDƏN DƏRHAL YOX TƏXMİNƏN 2 İL SONRA SSRİ KİMİ NƏHƏNG OLKƏ DAXİLDİ VƏ DİGƏR OLKƏLƏR KİMİ AZƏRBAYCANİN MUSDƏQİLİK AKTİNA AYAZ MUƏLLİBOVUN İMZA ATDİ. İNDİ O VAXTDAN 26 İL OTUR AZƏRBAYCANİN ELƏ BOLGƏSİ YOX Kİ BU RUS DİLİ OLMASİN. YALANMİ?

Kamal 2018-01-19 18:38:53

Düz söze şerih yoxdu valiko qardaş gören prezdent ne vaxt buları hakimyetden kenarlaşdıracaq

Turançı 2018-01-19 18:38:53

Hörmətli Redaktor adlı vətəndaş sizin mənə tutduğunuz iradı anlamadım. Özünüz də qeyd etdiniz ki rusiya Şimali Azərbaycana hansı problemləri yaradıbdır.Yenə təklif edirsiniz ki milli mənəviyyatımızı məhv edək ruslaşaq eləmi? Axı niyə öz dilimizə yox düşmənimiz olan rusların dilinə hörmət edək.Axı bir millət kimi biz də varıqsa öz dilimizə hörmətlə yanaşmalıyıq.Çox dil bilmək vacibdir ancaq öncə doğma dilimiz bilmək önəmli deyilmi? Daha onda elə bizə də rus desinlər.Hər bir millət öz dili ilə fərqlənmirmi?

Millet 2018-01-19 18:38:53

Eziz xalqım siz martı gözleyin ele müxalifet liderlernede aiddi sözüm eger allah elesin marta qeder ya ölsün ya secilmesin putin eger putin martda secilmese bax onda 9 milyonluk xalq toy bayramla seckiye ürekle gedib bu hakimyeti deyişekeyik...

Turançı 2018-01-19 18:38:53

İstər MDB olsun,istər Avrasiya ittifaqı fərqi yoxdur ad istənilən ola bilər ancaq mahiyyət dəyişmir. putin imperiyapərəstdir hər vəchlə Şimali Azərbaycanı rusiyanın tabeliçiyinə çevrimək istəyir. Yəni bir sözlə keçmiş SSRİ-ni bərpa etmək iddiasındadır. Hər bir kəs bu Dövlətçiliyimizi Vətənimizi sevən ayıq-sayıq olmalıdır. Əks təqdirdə bütün ŞƏHİDLƏRİMİZİN qanı hesabına qazanılmış müstəqilliyimiz sual altında olacaqdır. Onda ŞƏHİDLƏRİMİZİN QANI bizi tutacaqdır.rus ayısının min oyunu var hamısı bir armud üstə

Turançı 2018-01-19 18:38:53

Hörmətli cənab REDAKTOR vətəndaşın ünvanladığı sualın mənasını bilən varsa zəhmət olmazsa burda ətraflı geniş şərh versin ola bilər mən düz anlamadım.Mən yuxarıda öz fikirimi bacardığım qədər geniş öz qeyd etdim.Kimə qaranlqdırsa mənim fikirim buyursun sualını yazsın mən də cavablandırım.Yenə takrarçılıq olsa da rus ayısı bizi öz pəncəsinin altında saxlamaq üçün müxtəlif hiylələrə əl atır ancaq aldanmaq olmaz.Tarixboyu rusiyadan bizə ziyandan başqa heç nə olmayıbdır.Hamının fikirinə hörmətlə yanaşıram.

Bəhram Qarabağlı 2018-01-19 18:38:53

Cənabi Pənahı, mülahizə Kremllə (qısa yox) strateji hərbi əsarətə razılığı əsaslandırmaq cəhdinə də bənzəyir. 1.Azərbaycan nə vaxtsa (SSRİ-dən cüzi fərqlənən) MDB-dən çıxmağı bəyan edibmi? 2.Heç olmazsa BMT qətnaməsindən sonra Baş hakimiyyət neçə dəfə "Ay haray, DÜNYA, Qarabağın (yarım milyon azərbaycanlı ailələrinin mülklərinin) hərbi işğalçılarını silahlandırırlar!", bəyanatı verib? 3.Oxşar notlara rəsmi cavab almadan Kremli, heç İrəvanı da günahlandırmaq əsassız olur.

Son yazılar