Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T. İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxslər isə mülki iddialarının təmin edilməsini istəyib.

T. İbrahimov son sözündə özünü təqsirsiz bildiyini deyib, hamıya təşəkkür edib.

Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən, T. İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar