Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib - VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

MN-dən verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi.

[gallery columns="5" size="full" ids="387402,387403,387404,387405,387406"]

635x100

Şərhlər

t.ədalət 2018-01-19 18:01:30

rusiya bizə ermənistan tərəfi dağıtmağa yararlı silah verməz.Axı,erməni tərəfdə dayanan hərbiçilər rusiyaya məxsusdur.Hamıya məlumdur ki,ermənistanı silah-sursat,ərzaq malları və digər zəruri ehtiyac məhsulları ilə rusiya təhciz edir.Bizi təcavüz altında saxlamağa maraqlı tərəf də rusiyadır.ermənistan torpaqlarımızı işğal altında saxlamaq üçün Putinin əlinə geydiyi əlcək kimi bir şeydir.Gəlin, özümüzü aldatmayaq!

Son yazılar