Ermənistanda qiymət artımına etiraz olaraq aksiya keçirilir

İrəvanda “Çıxış” bloku qiymətlərin artmasına etiraz olaraq nümayiş keçirir.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, etiraz aksiyası Şarl Aznavur meydanından başlayıb.

“2018-ci ilin ilk günlərindən etibarən ölkədə qiymətlər artmağa başlayıb. Eyni zamanda sosial vəziyyət çox ağırdır. Biz qiymət artımına və verginin yükünün ağırlığına “Yox” deyirik”, - deyə blokun bəyanatında bildirilir.

635x100

Şərhlər

Abit 2018-01-19 19:10:47

Halaldı size haqqınızı teleb ede bilirsiz,g....z çatır gelin Bakıda mitinq edin

Son yazılar