Bakının mərkəzində yaşayış binasında yanğın söndürülüb - VİDEO (YENİLƏNİB)

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbiri bildirir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.

F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb.

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.

Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

* * *

Bakının mərkəzində yaşayış binasının damında başlamış yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub. “Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, güclü külək səbəbindən yanğının ətrafdakı binalara keçmək ehtimalı var.

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Binada yaşayan sakinlər təxliyyə olunub.

* * *

Bakıda yaşayış binasında yanğın davam edir.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

* * *

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzində Trend-ə verilən məlumata görə, hadisə "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verib.

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb edilib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat hələ yoxdur.

Yanğının hansı səbəbdən başlaması məlum deyil.

635x100

Şərhlər

hop-hopnamə 2018-01-20 11:17:45

Yangın nədən olacaq, qaz sızmasından!! Ona görə Azəriqaza təklif: Bakıda gündə bir rayonda qazı kəsirsiniz ("utana-utana"), ümumiyyətlə azərbaycanlılara qaz verməyin. Qazı Gürcüstandakı erməni kilsələrinə, gürcülərə, hətta Ermənistana da verin!! P.S. Pambıqçılıq ləğv olsaydı biz təzək yandırardıq!!!

Son yazılar