Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanı ziyarət ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də ziyarətə atılıb, 20 Yanvar şəhidlərinə ehtiramlarını bildiriblər.

Ziyarətdə baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.

635x100

Şərhlər

Şehidlerin sesi 2018-01-20 10:14:31

biz şehidlerə 20 yanvarda bizi yad etmek lazım deyiı qarbacov kracov bizi qırdı putin şoyro ise ermeni elinnen qırır bes siz niye susursuz. bizim ruhlarmız bunu qabul etmir ve üstümüze gelmeyin ruslardan hefmizi cıxsaz bu bize yeter yalandan gelib üstümüze gül qoymayın gülle ile rusların üste gedin. Xahiş edirem bu şerhi verin xalq oxusun ay azpolitika rehberliyi hörmetle şehidlerin sesi:

naxçıvanlı 2018-01-20 10:14:31

Ona görə ki, Hacıbala Abutalıbov Xalq Cəbhəsi sıralarına əmisinin kürəkəni, o vaxtlar Bakı şəhər Partiya Komitəsinin birinci katibi işləyən Fuad Musayevin göstərişi ilə daxil olmuşdu. F.Musayevin Vəzirovla münasibəti pis idi və buna görə də o, Vəzirova qarşı ən fəal şəxs idi. 20 yanvar faciəsindən sonra A.Mütəllibob, F.Musayevi Mərkəzi Komitəyə katib təyin etdi. Bu təyinat cəbhəçi Hacıbalanı çevirib, Mütəllibovçu Hacibala etdi.

naxçıvanlı 2018-01-20 10:14:31

20 yanvar faciəsindən 28 il ötsə də, hələ indiyə kimi bu hadisələr ərəfəsində və ondan sonra Bakı şəhər İcra Hakimiyyətinin indiki Başçısı, o vaxtlar isə Xalq Cəbhəsinin ekstremist qanadının ən fəall üzvü, Hacıbala Abutalıbovun fəaliyyəti araşdırılmayıb. Hesab edirəm ki, bu fəaliyyət, xüsusən də Hacıbala Abutalıbpvun "Lebed nağılı"hərtərəfli araşdırılmalıdır. Bu faciədən sonra, Hacıbala Xalq Cəbhəsindən üz döndərib, Ayaz Mütəllibovu tərifləməyə başladı. Nə üçün?

naxçıvanlı 2018-01-20 10:14:31

Xalq Cəbhəsinin hakimiyyəti dövründə keçmiş silahdaşları Hacıbalanı yaxşı tanıdıqlarından onu yaxına buraxmadılar. Fuad Musayevin göstərişi ilə o, əvvəlcə AMİP-ə daxil olmaq istədi. Etibar Məmmədov da Hacıbalanı yaxşı tanıdığından ona, pertiyasına daxil olmağa imkan vermədi. Hacıbala əlacsız qalıb Heydər Əliyev hərakatına qoşuldu. Bir mütəllibovçu kimi F.Musayev gözəl anlayırdı ki, Heydər Əliyevin Bakıya qayıdışı ona heç nə verməyəcək. Amma onun başqa yolu da yox idi.

naxçıvanlı 2018-01-20 10:14:31

Milli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Fuad Musayev geri çəkildi, Hacıbalanı irəli verdi. 1993-1995-ci illərdə Hacıbala nə qədər çalışsa da ona iş verən olmadı. O, bu illərdə işlədiyi Fizika İnstitutunun Kriogen Korpusunun birinci mərtəbəsində qoyulmuş divanın üstündə oturub, hakimiyyətin ünvanına nəlayiq sözlər deməklə məşğul idi. Vəzifəyə təyin olunandan sonra da uzun müddət Fuad Musayevin məsləhətləri ilə işləyib. Fuad hakimiyyətə qarşı fikirlər söyləyəndən sonra, ondan üz döndərib.

Son yazılar