ABŞ-da hökumətin fəaliyyəti dayanıb

ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, Senatdakı demokratlar respublikaçıların bu barədə qanun layihəsi qəbul etməsini əngəlləyib. Hazırda Senatda tərəflər arasında danışıqlar davam edir.

Ağ Ev demokratların addımını “uğursuzların davranışı” kimi qiymətləndirib. “Demokratlar siyasi maraqlarını milli təhlükəsizlik maraqlarından, hərbçilərimizin ailələrinin, köməksiz uşaqların maraqlarından və bütün amerikalılara xidmət göstərmək imkanlarından üstün tutdular. Bu, qanunvericilərin davranışı yox, obstruksionist uğursuzların davranışıdır” , - deyə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Qeyd edək ki, daha əvvəl Konqresin Nümayəndələr Palatası 18 fevrala qədər qüvvədə olacaq müvəqqəti büdcə qəbul edib. Lakin Senatdakı demokratlar həmin büdcə layihəsini bloklayıb. Sənədin bəzi müddəaları 100 yerlik Senatda 60 səslə qəbul olunmalıdır, respublikaçı çoxluğun isə 51 səsi var. Demokratlar sənədə miqrasiya ilə bağlı müddəalar daxil edilməsini istəyir.

ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar