Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil satılıb

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser “Matica Z9” satılıb.

Həmçinin ləgv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” minik avtomobilləri, 1 ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser “Matica Z3” satılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar