“ALLAH BİZİ ŞƏHİDLİYƏ LAYİQ BİLSİN...” - Şəhid əsgərimiz + FOTOLAR

Müdafiə Nazirliyi mətbuat xidmətinin dünənki açıqlamasında deyildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında ali məktəbi bitirdikdən sonra çağırılıb. Ailədə 2 qardaşdırlar. Şəhidin qardaşı da hərbi xidmətini bir neçə ay əvvəl başa vurub.

Neftçala RİH-dən saytımıza verilən məlumata görə, şəhid əsgər bu gün Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbristanlığında torpağa tapşırılacaq.

Dünən axşam isə Neftçala RİH-in rəhbərliyi və rayon ictimaiyyəti şəhidin Bankə qəsəbəsindəki evində toplaşmışdılar.

... Yeri gəlmişkən, şəhid olmuş neftçalalı gənc İbrahim Manafov 2014- cü ilin avqust döyüşləri zamanı, hələ tələbə ikən yazırdı: “Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur... Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam... Allah bizi şəhidliyə layiq bilsin, inşallah!”.

635x100

Şərhlər

Oqtay 2018-01-20 12:44:31

Əgər düzgün fikirləşmirəmsə üzr istəyirəm.BİZ MİLLƏTİ ELƏ TƏRBİYƏ ETMƏLİYİK Kİ MÜHARİBƏYƏ ŞƏHİD OLMAĞI ŞƏRƏF BİLİB YOX DÜŞMƏNƏ QALİB GƏLMƏYİ ŞƏFƏF BİLİB GETMƏK LAZIM OLDUĞUNU BİLSİN

vetendas 2018-01-20 12:44:31

Bir insanin, neinki insanin bir canlinin mehv olunmasini istemeyenem. AMMA.............. O gun olsun bu sozleri yuxari Esalonda oturub xalqin malini...sumuren Memurlarin Oqullari, neveleri haqda esidek! InsAllah! Qoy Allah meni baqislasin bu arzuma gore. Milyonlari udan memurlar hec bir is gormediler. Profisional Ordu yaranmadi. Bu gun sehid olan bu genlere gore Allah qarsisinda cavab verecekler.Sen Sehid olmali Yox, Yasamaliydin! Ar olsun Sizleri , gencleri qirdiranlara! Profesional Ordu !!!

Koxa 2018-01-20 12:44:31

Neceki rus kaşfiyatının bəzi yaramaz havavadarları hakimyetdedi ne başımız sag olacaq ne devletin tehlükesizliyi

Son yazılar