"Neftin cari qiyməti dayanıqlı deyil"

"Neftin 1 barelinin 70 dollara satılması dayanıqlı deyil və bazarda uzunmüddətli tarazlığı təmin etmir".

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə neftin qiyməti 60 dollar/bareldən aşağı həddə proqnozlaşdırılır: "'Əvvəlcədən bağlanmış müqavilələrə baxılarsa, bazar iştirakçılarının əksəriyyəti qiymətlərin düşməsini gözləyir".

Nazir həmçinin əlavə edib ki, indiki qiymət ABŞ və Latın Amerikası ölkələrinin neft sənayesinə investisiyaların və hasilatın həcminin artmasına gətirib-çıxaracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar