Maliyyə bazarları neftin kəskin ucuzlaşmasından əziyyət çəkə bilər

Qlobal neft bazarında kommersiya xarakterli, yəni spekulyativ olmayan xalis qısa mövqelərin müqavilələrin sayı rekord həddə çatıb.

"Report" xəbər verir ki, bu barədə əmtəə bazarını araşdıran "SRSrocco Report" şirkətinin hesabatında bildirilir.

Hesabata əsasən, sözügedən göstərici ötən həftə 26 min ədəd və yaxud 4% artaraq 674 min ədəd təşkil edib. Bu, 2014-cü ildəki iqtisadi böhran dövrü ilə müqayisədə 174 min ədəd çoxdur. Xatırladaq ki, 2014-cü ilin ortalarından başlayaraq əmtəə birjalarında neftin qiyməti 105 dollar/bareldən 2016-cı ilin əvvəlində 30 dollar/barelə qədər düşüb və nəticədə maliyyə bazarları böhranla üzləşib.

Analitiklər, bu dəfə də neft qiymətlərində yarana biləcək kəskin azalmanın təsirinin maliyyə bazarlarına sıçrayacağını və növbəti böhrana səbəb olacağını istina etmirlər. "SRSrocco" hesabatında, maliyyə bazarlarında risklərin artması durumunda, pərakəndə investorların qızıla yönələcəklərini proqnozlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar