Tramp ABŞ hökumətinin işinin dayanmasında demokratları günahlandırıb

ABŞ prezidenti Donald Tramp federal qurumların bağlanmasına görə demokratları günahlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Demokratlar silahlı qüvvələrimizdən və cənub sərhədimizin təhlükəsizliyindən daha çox qeyri-qanuni immiqrasiyadan narahatdırlar. Onlar asanlıqla ortaq məxrəcə gələ bilərdilər, amma bunun əvəzinə hökumətin işini dayandırmağa qərar verdilər", - D.Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer federal qurumların bağlanmasında ölkə prezidenti D.Trampın günahkar olduğunu söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar