Ermənilər Qazaxı atəşə tutub - Mülki təsərrüfata ziyan dəyib

Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün Ermənistan ordusunun bölmələri Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar.

Nazirikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib: "Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub".

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar