Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir:

“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xaqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar