Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb.

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir:

“Daxil olan məlumata əsasən yanvarın 20-də Türkiyə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləri Suriya kürd “Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraq Suriya kürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Rusiya Suriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan və BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir. İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən və Suriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir”.

635x100

Şərhlər

t.ədalət 2018-01-20 20:14:00

Afrin əməliyyatları ilk öncə rusiyanı narahat edir.Çünki rusiyanın yardımı ilə PKK-çılar Afrin dağlarında böyük bazalar qurublar.İndi bu bazaların taleyi hər bir PKK yardımçısını,eyni zamanda, rusiyanı çox narahat edir.

Son yazılar