Putindən MDB ölkələrinə çağırış

AzPolitika.info Rusiya KİV-nə isttnadla xəbər verir ki, 2018-ci il yanvarın 1-dən Avro-Asiya İqtisadi İttifaqı (AAİİ) orqanlarına sədrlik səlahiyyətləri Rusiya Federasiyasına (RF) keçib.

Rusiya Prezidenti Vladimir Putin AAİİ-nın digər dövlətərlə, təşkilat və birliklərlə əməkdaşlığı genişləndirməyə çağırış edib. Bu barədə o, İttifaq dövlətlərinin başçılarına müraciət edib. Müraciət Kremlin saytında yer alıb.

Rusiya dövlətinin başçısı xüsusilə MDB dövlətlərini AAİİ-da müşahidəçi olmağa dəvət edib.

«AAİİ-nın inkişafı üçün digər dövlətlərlə və inteqrasiya birlikləri ilə sıx əməkdaşlıq açar əhəmiyyəti daşıyır. Hesab edirik ki, AAİİ ilə MDB arasında daha dərin anlaşma məqsədəuyğundur. Bəzi MDB üzvü olan dövlətlər AAİİ-da müşahidəçi statusu alə bilərlər» - deyə, Putin qeyd edib.

Prezidentin sözlərinə görə, Rustya AAİİ-a mühüm regional interasiya birliyi kimi baxır və hesab edir ki, itisadi yaxınlaşma «beşlik»in dayanıqlı inkişafına kömək edər.

«Mövcudluğunun 3 ili ərzində AAİİ özünün dayanıqlığını və effektliliyini sübut edib. Daxili əmtəə mübadiləsi və xarici ticarət dövriyyəsi artır. Bizim həmkarlarımızın mövqeyi 3-cü ölkələrin bazarlarında möhkəmlənir. İxrac strukturu genişlənir və bu zaman yüksək əlavə dəyər qiymətli məhsulların payı artır. Yeni birgə müəssisələr yaradılır...» - deyə, Putin sadalayıb.

Xatırladaq ki, AAİİ üzvləri aşağıdakı MDB dövlətləridir: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar