«Dünyanın axırı olmayacaq!» - Alimlər bəyan edirlər...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bəşəriyyət daha arxayın yaşaya bilər -apokalipsis (dünyanın axırı) olmayacaq! Bunu alimlər bəyan edirlər...

Ekspertlər bu nəticəyə gəliblər ki, son bir neçə ildə aparılmış tədqiqatların nəticələrində çoxlu səhvlərə yol verilib.

Eksetera Universitetindən olan araşdırmaçılar bəyan ediblər ki, bəşəriyyəti qlobal istiləşmə ilə bağlı apokalipsis ssenarilərlə qorxudublar. Əslində isə bu istiqamətdəki «xəbərdarlıq»ların bir çoxu sadəcə, baş verməyəcək.

İqlimşünasların fikrincə, sürətli qlobal istiləşməni gözləməyə dəyməz.

Pristali beynəlxalq iqlim Mərkəzinin (Lids universiteti) iqlimşünasları müəyyən ediblər ki, istixana qazlarının ətrafa tullanan həcmləri düzgün hesablanmayıb və bir neçə ildən sonra planetin iqlimi praktiki olaraq, ciddi şəkildə Paris sazişinə uyğun istiqamətdə dəyişəcək - qlobal temperatur yüksəlişi 2,2 dərəcə Selsi təşkil edəcək.

Tədqiqatçılar qeyd edirlər ki, hətta yeni hesablamalarda «xəta»ya yol verilmiş olsa belə, Yer cəmi 2,4-2,5 dərəcə «qızacaq», nəinki bundan əvvəl proqnoz edildiyi kimi 3,5 dərəcə!

Yeni hesablamalardan belə nəticə çıxarmaq olar ki, yaxın onilliklərdə heç bir qlobal fəlakət (genişmiqyaslı subasma, vulkan püskürmələri və s.) gözləmək lazım deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar