Avtoxuliqan 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb - BAKIDA

Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

“Report” xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları "90-UR-366" dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib.

Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.

635x100

Şərhlər

Mahir 2018-01-21 18:09:55

Cənablar onun kim olmasını niyə demirsiniz.Yəqin qudurğanın yiyəsi yekə yerdə işləyir.

Oqtay 2018-01-21 18:09:55

Bu fərsiz əfəl iş bilməyən bir NAZ LİFANI 23 BMV ilə güclə saxlaya bilən DYP işcilərinin hamısını bir əmrlə işdən azad edib təzələrini götürmək əlverişli olardı

Fazil 2018-01-21 18:09:55

Məlumat üçün demək istiərdim ki, "NAZ Lifan" avtomobilini biz yaratmamışıq. Bu avtomobildə yeganə olaraq yaratdığımız bir şey varsa o da "NAZ" sözüdür.

Oxucu 2018-01-21 18:09:55

Ehsen, Oqtqy bey!

Veteran 2018-01-21 18:09:55

Ela, bu bizim yaratdigimiz avtomobilin yuksek manevr imkanlarindan xeber verir!

Son yazılar