Afrindən Hatay bölgəsinə 3 raket atıldı -1 ölü, 32 yaralı var

Bu gün Suriyanın Afrin bölgəsindən PYD-li terroristlər tərəfindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir. Yarlanan 32 nəfərdən isə ikisinin vəziyyəti ağırdır.

Məlumata görə raketlər 16:00 radələrində Reyhanlı qəsəbəsinə 3 fərqli yerlərə atılıb. Pınarbaşı, Gültepe ve Mustafa Kemal Paşa məhəllələrinə düşən raketlər böyük qorxuya səbəb olub. Raketlərin düşdüyü məhəllələrdə evlərlə yanaşı küçədəki avtomobillər də zərər görüb. Hadisə yerinə dərhal təcili tibbi yardım işçiləri gəlib. Yaralılara ilkin yardım göstərilir.

Hadisə anı yerli sakinlər tərəfindən videolentə alınıb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar