Gəncədə polisi güllələdilər

Tapancadan ateshGəncə şəhərində polis güllələnib.

Missiya.az xəbər verir ki, hadisə ötən gecə saat 01:00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Əldə etdiyimiz məlumata görə, Gəncədə çevik polis alayının əməkdaşı hələlik kimliyi məlum olmayan şəxs tərəfindən güllənib. Hadisə zamanı polis əməkdaşı ağır yaralanıb. Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Məlumata görə, Gəncədə polis gücləndirilmiş iş rejimində işləyir. Polisi yaralayan şəxsin saxlanılması üçün şəhərin giriş-çıxışlarında yoxlanışlar aparılır. Hələlik hadisənin təfərrüatı məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar