Baş nazirin toxunulmazlığı ləğv edildi - Çexiyada
Baxiş sayı:
Dərc olunub:
21/01/2018 - 20:38
Çexiya parlamentinin aşağı palatası son parlament seçkilərində qalib gələn baş nazir, ANO Hərəkatının lideri Andrey Babiş və onun ANO-da birinci müavini Yaroslav Faltinekin deputat toxunulmazlığını ləğv edib.
APA-nın məlumatına görə, bu barədə "Radio Praha" məlumat yayıb.
Parlamentdə 180 deputatdan 111-i bu qərarın lehinə, ANO Hərəkatının 69 deputatı isə bunun əleyhinə səs verib.
A.Babiş və müavini Avropa İttifaqının ayırdığı aqrokreditin bölgüsündə fırıldağa yol verməkdə ittiham olunur. A. Babiş isə ittihamı rədd edir, bu prosesin onun siyasi səhnədən uzaqlaşdırılması üçün siyasiləşdirildiyini bildirir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.