ABŞ, Türkiyənin müdafiə haqqını tanıyır! - Dövlət Departamenti

qosdep«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin öz təhlükəsizliyini müdafiə etmək haqqını tanıyır, amma «qanun çərçivəsində».

ABŞ eyni zamanda, Türkiyəni ona çağırır ki, onun şimal-şərqi Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar miqyasına və davamlılığına görə, uzun müddətli olmasın və israr edir ki, Ankara ehtiyatlı olsun - dinc əhali arasında qurbanlara yol verməsin. Bu barədə, ABŞ Dövlət Departamentinin (DD) nümayəndəsi Hazer Hayertin bəyanatında söhbət açılır.

Bundan əvvəl Türkiyə Baş qərargahı Suriyanın Afrin rayonunda kürd silahlı birləşmələrinə qarşı «Zeytun budağı» əməliyyatının başlandığını elan edib. Suriya hökuməti isə Türkiyənin Afrində hərbi əməliyyat aparmasını qətiyyətlə pisləyib və Ankaranı terrorçuları müdafiə etməkdə günahlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar