İdlibdə "Cəbhət ən-Nüsra"ya qarşı hərbi əməliyyat başlayıb

Suriya hökumət qüvvələri tərəfindən İdlib əyalətinin şərqində "Cəbhət ən-Nüsra" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlanılıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda 1500-dən çox terrorçunun mühasirəyə aldığı bildirilir.

İdlib əyalətində irimiqyaslı əməliyyatlar yanvar ayının əvvəlindən başlanıb.

Artıq 24 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar