Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayır.

"Report" xəbər verir ki, forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunacaq.

Aparıcı biznes rəhbərləri və siyasi liderlər müasir cəmiyyətin qarşılaşdığı ən aktual qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun əsas mövzuları bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat olacaq.

Forumun proqramına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də "Strateji baxış - Avrasiya" (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış edəcək.

Tədbirə həmçinin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Tereza Meyin də qatılacağı gözlənilir.

Forumda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili də iştirak edəcək.

Forum yanvarın 26-da başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar