DTX ÖLKƏDƏN 80 MİLYON DOLLAR ÇIXARANLARI HƏBS EDİB - Əməliyyat (Fotolar)

Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Yep 2018-01-22 11:40:43

Toydan sonra nagara, artiq 80 milyon dollari cixariblar

николай 2018-01-22 11:40:43

Bu dövlətin bir dənə də olsun bağlı qapısı yox imiş, qapıçı da oğruya qoşulub talan edirmiş, ilahi, bu qədər bədbəxt xalq olarmı???

ilqar 2018-01-22 11:40:43

))))))))))))))))))))))))) ey dost Allah seni guldursun

Din 2018-01-22 11:40:43

Ay dtx o fagır fugurdansa o milyart cıxaran memurlar ruslara hediye eden memurları tutun bax onda üzünüz ag metbuata cıxın xalqda sizi alqışlasın

G.M 2018-01-22 11:40:43

Ay Allah sizi güldürsün)))))))))))Deməli Ölkənin var -dövlətini ``lütlər`` talayıbmışlar..Yalandan da C.Hacıyevi,E.Mahmudovu,F.Məmmədovu....abutalıbovu günahlandırırmışlar.Deyirəm axı bizim məmurlar təmiz adamlardı.Onlar ən azından işdən sonra Sauna və hamamlarda salavat çevirirlər.

Vətəndaş 2018-01-22 11:40:43

Bu həcmdə pul necə gömrük və sərhəd nəzarətindən gizlin çıxarıla bilər? Bir də ki,hansı sadə vətəndaşda bu qədər pu lola bilər? Bəs bu pulların kimə mənsub olduğu niyə açıqlanmır?

Bashirov Qarib 2018-01-22 11:40:43

Qara bazar valyuta deyishdirenler gundelik chorek puluna ishleyirler ve dovriyyedeki pullar da memurlarin pullari olur.5milyard rubl ve 80 milyon dollarin sahibini hebs ede bilmirsinizse, bu binevalari niye mehv edirsiniz, bunun ne xeyri? Bari, pullari dovlete kechirdinizmi?

Oqtay 2018-01-22 11:40:43

Axı bu sadə adamlarda haradandır bu qədər pul.Haradan oğurlanıb və kim tərəfindən oğurlanıb o qədər pul ki sərhədə kimi gəlib çıxıb və indi xəbəri çıxıb

Son yazılar