Azərbaycanda general vəfat edib - FOTO
1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuroru olmuş general mayor Təhməzov Nizami İsa oğlu dünyasını dəyişib.
Bu barədə Unikal.org-a mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib. O vurğulayıb ki, qardaşı Nizami Təhməzov ürək çatışmazlığından 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.
Mərhumun 3 mərasimi sabah saat 10:00-dan Həzi Aslanov metrosunun yaxınlığındakı "Zəm-zəm” mərasim evində keçiriləcək.
Allah Rəhmət eləsin!
Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general-mayoru rütbəsi verilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.