BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib

BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi İsmail uld Şeyx Əhməd istefa verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“İsmail uld Şeyx Əhməd bu il fevral ayında başa çatacaq müqaviləsinin müddətinin bitməsindən sonra vəzifədə qalmağı planlaşdırmadığını bildirib”, deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, mavritaniyalı diplomat 2015-ci ildə BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi təyin edilib. İsmail uld Şeyx Əhməd son illərdə Yəmən hökuməti ilə üsyançı-husilər arasında bir neçə görüş təşkil edib, lakin danışıqlar nəticəsiz başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar