ABŞ-da senatorlar hökumətin fəaliyyətinin bərpasına dair razılığa gəliblər

ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer bəyan edib.

“Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik”, deyə Ç.Şumer qeyd edib.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar