Bakıda toy yasa döndü

toy_I`MG_13261481193042Paytaxtda, "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restoranlardan birində keçirilən toy məclisində bədbəxt hadisə baş verib.

Xezerxeber.az bildirir ki, hadisə ötən gecə qeydə alınıb. Toyda iştirak edən 60 yaşlı kişi bir müddət rəqs edəndən sonra yerində əyləşib. Amma təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.

Hadisə baş verəndən sonra şənlik dayandırılıb və hamı evinə gedib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar