Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib.

Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar