Türkiyə, kürd partiyasının Suriya üzrə konqresdə iştirakını bloklayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ankara «Demokratik ittifaq» (PYD) kürd partiyasının Soçidə keçiriləcək Suriya milli dialoq konqresində iştirakını bloklayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi bəyan edib.

«PYD və Suriya kürdlərinin özünümüdafiə qüvvələri (YPG - partiyanın silahlı qolu) Soçidəki konqresdə iştirak etməyəcək, çünki biz, bunu məqbul saymadıq. Türkiyənin razılığı olmadan, heç bir qrup Soçi konqresində iştirak etməyəcək. İştirakçıların siyahısı üç ölkə tərəfindən (Rusiya, Türkiyə və İran) hazırlanr» - deyə, mənbə bildirib.

Bundan əvvəl Türkiyə, konqresdə Suriya kürd milli şurasının (ENKS) iştirakını mümkün hesab etmişdi. Bu gün Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib ki, kürdlər tədbirə dəvətlilər siyahısına daxil ediliblər.

Suriya milli dialoq konqresi yanvarın 30-da Soçidə keçiriləcək. Forumda Suriya cəmiyyətinin 1,5 min nümayəndəsinin iştirakı gözlənilir.

Ankara «Demokratik ittifaq» partiyasını PKK ilə əlaqəli terrorçu təşkilat hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar