OLİQARXLAR QORXMAĞA BAŞLAYANDA NƏ BAŞ VERİR? – Putinin yaxın ətrafı dilemma qarşısında

Bu, vaxtından əvvəl edilmiş yeni il hədiyyəsinə oxşayırdı. Həmin hədiyyə dekabrın sonunda yaxşı qablaşdırılaraq Kremldə təqdim olundu. Vladimir Putinin dəvət etdiyi bütün oliqarxlar yeni il qabağı Kremlə təşrif buyurmuşdular. Kapital birliyi əlifba sırasına görə prezidentin ətrafında bir masa arxasında əyləşmişdi.

Kreml rəhbəri yeni il münasibəti ilə onlara uğur arzulayıb. O, həmçinin hökumətə tapşırıb ki, xarici valyutada xüsusi dövlət istiqrazlarının buraxılması kriteriyalarını araşdırsın. Rusiya investorları öz pullarını bu qiymətli kağızlara yerləşdirə bilərlər. Putinin sözlərinə görə, xaricdə yerləşən kapitalın təhlükəsiz şəkildə və biznes üçün əlverişli olan tərzdə ölkəyə qaytarılması mexanizmi yaradılmalıdır. Bunun üçün vergidən yayınmış şəxslərə amnistiya verilməsi də nəzərdə tutulmalıdır.

Oliqarxların özləri təhlükəsiz transfer barəsində hökumətdən xahiş ediblər. Onlar üçün “Euroclear” və “Clearstream” kimi hesab-klirinq firmalarından yan ötməklə Rusiya Milli Hesablama depoziti vasitəsilə transfer həyata keçirmək çox vacibdir. 2018-ci ildən xeyli sayda ölkənin vergi barəsində məlumatlarının avtomatik mübadiləsinə başlamaları mexanizmindən yalnız bu cür yan keçmək mümkündür. Yalnız bu cür vasitlərdən istifadə etməklə pul axınını ABŞ maliyyə nazirliyindən gizlətmək olar.

- Məşum “Kreml məruzəsi”

Rusiyanın iri firmaları indi ABŞ-dan qorxurlar. Bu heç də təəccüblü deyil, ümumi yekunda ABŞ administrasiyası yanvar ayının sonunadək avqustda qəbul edilmiş sanksiyalar haqqında qanunun bütün detallarınadək necə yerinə yetirilməsi barəsində hesabat təqdim edə bilər. Bu məruzə ”Kreml məruzəsi” adlanır və indi ilk növbədə kabus kimi Rusiya KİV-lərində dolaşır.

ABŞ-a səfər edilməsinə və Amerikan firmaları ilə iş görülməsinə qadağa qoyulması ilə yanaşı, həmçinin korrupsiya və çirkli pulların yuyulmasıyla əldə olunan mülkiyyətə əl qoyulması təhlükəsi də var. Düzdür, kapitalın qaytarılması iqtisadi nöqteyi-nəzərdən həmişə məqsədəuyğun sayılmasa da, amma Rusiya şirkətləri kapitalın qismən ölkəyə qaytarılması ilə özlərinə müəyyən müdafiə yarada bilərlər. Hələlik hər iki tərəf poker oynayır.

- Çoxsaylı siyahılar

Həmin mübhəm siyahı haqqında daha az məlumat olduqca, onunla möhtəkirlik etmək imkanları da artır. Son dövrlər Rusiya mətbuatında gəzişən xeyli sayda ehtimallar mövcuddur. Belə ki, elə də əhəmiyyət daşımayan siyasətçi Oleq Mitvol özünə diqqət çəkərək iddia edir ki, onda onun özünün də adı olan 568 nəfərlik siyahı var. Bundan əvvəl “Kommersant” qəzeti Vaşinqtondakı mənbəyə istinadla məlumat verib ki, siyahıda Putinin yaxın ətrafındakı 50 nəfərin adı var.

Mətbuatda yazılır ki, guya müxalifət dekabr ayında Vaşinqtona tövsiyə kimi 200 nəfərlik siyahı göndərib və burada “Sberbank”ın rəhbəri Qerman Qrefin və “Severstal” konserninin şefi Aleksey Mordaşevin adları yer alıb. Putinin mətbuat katibi Dmitri Peskov bu uydurmalara inanmamağa çağırır. Putinin yaxın ətrafına aid olanlar, bu siyahıya düşə biləcəklərini onsuz da anlayırlar. Çünki onlar Kremlin “uzun əli” olaraq, aparıcı siyasətçilər, dövlət konsernin rəhbərləri kimi Rusiyanın geosiyası xəttini müəyyənləşdirir, bizneslə məşğul olur və rejimi dəstəkləyirlər.

- Varlıların dilemması

Putinin on il bundan öncə siyasi idarəetmə vasitlərindən sıxışdırıb çıxardığı, lakin iqtisadi münasibətlərdə Kremlin xoş niyyətindən asılı olan oliqarxlarla bağlı vəziyyət tam mənası ilə aydın deyil.

İndi oliqarxlar əsəbləşirlər. Bu cür hal çoxdandır ki, baş verməmişdi. Bəlkə onlar sözün həqiqi mənasında dilemma qarşısındadırlar. Ümumiyyətlə, onların qarşısında hansı dövlət hakimiyyətinə və hansı sistemə öz loyallıqlarını göstərməyin gərəkli olması kimi vacib sual dayanır.

Əgər oliqarxlar Kreml rəhbəri ilə xüsusi yaxınlıq edərlərsə, onda sanksiya siyahısına düşmə ehtimalı artar və beləliklə də, gələcəkdə xarici ölkələrdəki bizneslərini əlavə risk altına atılmış olarlar. Əgər onlar bu risklərlə bağlı işlərdən qaçdıqlarını və Rusiyanın siyasi hakimiyyətindən uzaq durduqlarını açıq nümayiş etdirərlərsə, onda onları ölkə daxilində xoşagəlməz risklər gözləyəcək.

Bu isə qəribə bir vəziyyətə gətirib çıxarıb. Belə ki, məsələn, Rusiyanın iri özəl bankı ”Alfa-Bank”ın aparıcı meneceri radio müsahibələrin birində deyib ki, ABŞ sanksiyalarına məruz qalmamaq üçün sanksiya siyahısına salınmış müdafiə sektoruna bundan sonra xidmət göstərməyəcəklər. Baş nazirin müavini Dmitri Roqozin isə söyləyib ki, onsuz da bu bankın müdafiə sektoru ilə sövdələşmələr bağlamasına icazəsi yoxdur. O, etika baxımından bankın mövqeyi haqqında fikir söyləmək istəmədiyini deyib. Amma Roqozinin demək istəmədiyi sözləri digərləri söyləyləyərək, onların “xəyanətkarlığından” danışıblar.

Əlbəttə, hələ heç kimi bilmir ki, burada Kremlin taktiki oyunundan da söhbət gedə bilər. Çünki Kreml Rusiyanın bəzi maliyyə qurumlarının sanksiyalardan qaçmasında maraqlıdır.

Son zamanlar bəzi oliqarxlar ABŞ-dakı ortaqları vasitəsilə, öz adlarının “Kreml məruzəsi”nə düşməməsi üçün nə etməli olduqlarını aydınlaşdırmağa cəhd göstərirlər.

- Kremllə oliqarxların arasının vurulması

Onu da deyək ki, Kreml ABŞ-ın oliqarxlarla onun arasını vurmaq istədiyindən xəbərsiz deyil. Hələ noyabr ayının sonunda Putinin mətbuat katibi “Röyter” agentliyinin göndərdiyi sorğuya cavabında bildirmişdi ki, ABŞ öz sanksiyaları ilə məhz 18 martda keçiriləcək seçkiləri hədəf alıb. Amma Peskov özünü elə aparır ki, sanki o, böyük şirkətlərin geriyə çəkilmə taktikasından xəbərsizdir.

Görünür ki, oliqarxların devizi baş verən siyası hadisələrdən bacardıqca uzaqda durmaq və yıxılmamaqdır. Putinlə əlaqələri qırmamaqla yanaşı, həm də olunla tez-tez görüşməmək lazımdır. Lakin ümumi yekunda bu gizlən-qaç oyunu az kömək göstərəcək. Çünki Putinə yaxınlığa uzun illər ərzində çatılıb və bunun üçün böyük qiymətlər ödənilib. Bu sadəcə olaraq bir neçə ay ərzində itib gedə bilməz.

(Die Presse-Avstriya)

Tərcümə “AzPolitika”nındır

635x100

Şərhlər

Vüqar 2018-01-23 00:23:05

Putin sudan quru cıxacaq ancaq etragı batacaq yeni pişik balasını öldüren kimi olacaq yeni putin bic adamdı gizli yola xaricle razlaşıb xestelik adınnan hakimyeti ya medvedyevin ya valodinin üsta atıb gedib 180 milyartlık pulunnan heyatnı davam edecek

Turançı 2018-01-23 00:23:05

Kaş rusiya çökərdi putin rədd olub gedərdi bəlkə bizə bir az ağ gün olardı.

Son yazılar