Tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

635x100

Şərhlər

t.ədalət 2018-01-23 00:21:58

İş yerləri olmadığına görə,onsuz da kasıblığın məngənəsində əzilən camaat məcbur olub ucuz və təhlükəli siqaretlər çəkəcək.Bu da sağalmaz xəstəliklərə səbəb olacaq.Nəticədə ölkəyə saxta dərman gətirənlər qazanacaq. Ucuz və ağır tüstülü siqaretlərdən istifadə adamları "tüstünü yumşaldan" nəşə və digər narkotikaya öyrəşdirəcək.Hər bir qərardan öncə onun cəmiyyətə gətirəcəyi xeyir və ziyan haqqında düşünmək lazımdır.

Son yazılar