"Dünyanın ən yaxşı ölkələri" - Azərbaycan 5 pillə irəliləyib

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.

APA-nın xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.

Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib.

Siyahıya İsveçrə başçılıq edir.

Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.

Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır.

Postsovet ölklərindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir.

Digər postsovet ölkləri, o cümlədən Gürcüstan və Ermınistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.

635x100

Şərhlər

Bashirov Qarib 2018-01-23 12:10:02

Gurcustanin hech 80 -ci yere chixa bilmediy siyahini hazirlayan , hansisa deleduz jurnalin bu avara siyahisina kim inanar? Qazaxstani 80-ci gosterir,rusiyani 26.Hansi meyarlari goturubler. Rusiya, elacsizliqdan intihara gore dunyada ilk yerlerdedir, kendler ve sheherler boshalir,ehtiyat valyutasi tukenib,sanksiyalarin altinda ezilir ve 26-ci yer.

Son yazılar