REKTORLARIN QARA SİYAHISI HAZIRLANIB! - Yeni nazirin təyinatından sonra nələr olacaq?

Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən çıxarılaraq, vergilər naziri gətirilməsindən az qala iki aya yaxın vaxt keçsə də, ölkənin ən strateji sahələrindən biri sayılan Təhsil Nazirliyinə hələ də rəhbər təyinatının həyata keçirilməməsi çoxsaylı müzakirələrə və mülahizələrə yol açıb.

Ən son informasiyalara görə, təyinatın gecikməsinə əsas səbəb əslində yeni nazir təyinatından sonra bütövlükdə təhsil sektorunda aparılacaq və geniş struktur dəyişikliklərini də özündə ehtiva edəcək mühüm islahatlar paketinin hazırlanması ilə bağlıdır.

Bildirilir ki, hazırlanmış bu yeni islahatlar layihəsində orta məktəblərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün geniş və çoxsaylı tədbirlərdən tutmuş, peşə ixtisas məktəblərinin aidiyyəti nazirliklərin himayəsinə verilməsi, ali məktəbələrə qəbul mexanizminin təkmilləşdirilməsi və təhsil sektorunda korrupsiyanın kökünün kəsilməsi kimi vacib məsələlər də yer alıb.

Proses barədə məlumatlı şəxslərin iddiasına görə, layihədə həyata keçirilməsi nəzərdə tutulan ən əhəmiyyətli islahatlardan biri qohum ixtisaslı, eyni profilli dövlət ali məktəblərinin birləşdirilməsi və ali məktəblərdə tüğyan edən korrupsiyanın kökünün kəsilməsi üçün sərt cəza tədbirlərinə əl atılmasıdır ki, təyin ediləcək yeni təhsil naziri həm də bu prosesi apara biləcək gücdə və xarakterdə olmalıdır.

Məlumatlara görə, büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi ideyası hələ Mikayıl Cabbarovun vaxtında gündəlikdə olub. Ancaq birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinin rektorlarının öz postlarını itirməmək üçün nazirə açıq müqavimət göstərmələri, eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması prosesi ləngidib.

Məsələn, deyilir ki, hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli “pul aparan” və Bakıda böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin – Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub. Hətta birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib. Ancaq Mustafa Babanlının ADNSU-dakı iki illik fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib: əvvəla, aydın olub ki, Mustafa Babanlı siyasi-ideolji baxımdan heç də mövcud hakimiyyətin siyasi kursuna sadiq adekvat və dayanıqlı fiqur deyil – qeyri-rəsmi söhbətlərdə o, mövcud hakimiyyətin, hakim komandanın ayrı-ayrı nüfuzlu təmsilçilərinin siyasi tənqidçisinə çevrilsə də, özü öz fəaliyyətində hədsiz dərəcədə nöqsanlara yol verib.

Məsələn, elə onun öz işçisi dosent Rəna Gülmalıyevanın mətbuata şikayətindən sonra jurnalistlər üzə çıxarmışdı ki, rektor Mustafa Babanlı bu ali təhsil ocağını, faktiki olaraq, ailə müəssisəsinə çevirib: qızı Məhsəti Babanlını universitetə müəllim, Rusif Hüseynov adlı bacısı oğlunu özünə müşavir, bacısı gəlini Cəmilə İsmayılzadəni universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dünyaxanım adlı qardaşı qızını UFAZ-ın müəllimi, Ədalət adlı qohumunu Azərbaycan dili kafedrasının müdiri təyin edib və onlara digərlərində artıq maaş yazdırıb. Üstəlik, işçisi rektorun Universitetin hər mərtəbəsində kafe-bufet açdıraraq, külli miqdarda qanunsuz gəlir əldə etdiyini və Vergilər Nazirliyinin də hətta buna görə onu cərimələdiyini iddia etmişdi. Bu universitetdə dərs deyən müəllimlərin sözlərinə görə, Mustafa Babanlı rektor təyin olunandan indiyədək ADNSU-nun binalarının təmiri bitmək bilmir ki, bilmir. Deyilənə görə, bu təmir-tikinti işləri universitet büdcələrinin talanmasında çox əhəmiyyətli bir praktikadır və təkcə Mustafa Babanlı yox, digər rektorlar da bu üsuldan geninə-boluna yararlanırlar…

Hələ Mikayıl Cabbarovun zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub. Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisəsinin yenidən birləşməsinin təxirə salınmasında isə, deyilənə görə, həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb. Bununla belə, bildirilir ki, yeni təhsil naziri təyinatından sonra bu iki ali təhsil müəssisənin təkrar birləşdirilməsi nəzərdə tutulur və ADU rektoru Kamal Abdullanın birləşmiş universitetə rəhbər gətiriləcəyi gözlənilir…

Onu da qeyd edək ki, bizə məlumat verən mənbənin sözlərinə görə, hakimiyyət bütövlükdə təhsil sektoruna həm də siyasi hakimiyyətin qorunub saxlanmasında önəmli rol oynayan bir sahə kimi yanaşdığından, seçkiyədək Təhsil Nazirliyinə sədaqəti sınaqdan çıxmış və təhsil işini bilən bir kadrın gətirilməsində və onun əliylə də “müstəqilliyə” can atan, ali təhsil müəssisələrinə “ticarət obyeki” kimi baxan rektorların cəzalandırılmasında maraqlıdır…

Bildirildiyinə görə, artıq vəzifəsindən uzaqlaşdırılmaqla, hətta həbslə cəzalandırılacaq rektorların siyahısı da tam hazırdır və bütün proseslərə yeni nazir təyinatından sonra start veriləcək.

(Mia.az)

635x100

Şərhlər

aynur 2018-01-23 18:19:00

Mustafa müəllim. biz sizinlə fəxr edir və qürur duyuruq.

aynur 2018-01-23 18:19:00

Mustafa müəllimin ADNSU-da gördükləri misilsiz işləri danmaq qeyri-mümkündür. O. rüşvət akademiyasını elm və təhsil mərkəzinə çevirmişdir. ADNSU-da 1 qəpik də rüşvətdən söhbət gedə bilməz. Mustafa Babanlı haqqında yalnız ən gözəl fijirləri demək mümkündür.

Bakılı 2018-01-23 18:19:00

Digər müəllim və işçiləri çıxarıb öz qohum və tanışlarını insan kapitalına çevirməsinə şərh yoxdur. Bununla respublikada təşəkkül tapmış "Ailə podratı" Mustafa Mikayil Özəl Rahat İdarə(ÖRİ) icadı ilə "Nəsli podrat"la genişləndirə bilər. Azİİ, B(A)DU, Bakı Pedaqoji, Tibb və Gəncə Kənd təsərrüfatı universitetlərini, Konservatoriyanı tarixdən silmək günahdır.

oxucu 2018-01-23 18:19:00

Mənim oğlum DNSU-da təhsil alır Mən bir valideyn kimi deyə bilərəm ki bu təhsil ocağında heç bir rüşvətdən söhbət belə gedə bilməz Allaha şükürlər olsun ki,bu belədir.Mən 1978-ci ildə bu insititutda təhsil almışam,və bu günki təhsil metodu mənə o illəri xatırladır. Görünür ki bu kimlərəsə sərf etmir

T.ədalət-ə./ 2018-01-23 18:19:00

Şərhiniz təqdirəlayiqdir.Təhsildə rüşvət 40 ildən artıqdır ki,getdikcə artır.Bu faktdır.Buna qarşı mübarizə aparılmır.Ona görə getdikcə vüsət alır. O ki, qaldı qohumbazlıq və yerlibazlıq bir bəla bütün ölkəni bürüyüb.Elə bir dövlət orqanı yoxdur ki, orada ailə,yerli,qohum toplusu toplanmasın.Baxmayaraq ki, bu qanuna və konstitusiyaya ziddir,bu hal bütün strukturlarda mövcuddur. Adi bir rayonu götürsəniz,icra hakimiyyəti,prokuror,məhkəmə, polis,iri müəssisə bir regiondan formalaşdığını görərsiniz.

Şaiq Haciyev 2018-01-23 18:19:00

Mənim övladım hazırda DNSU-də oxuyur. Burada rüşvətdən söhbət belə gedə bilməz.Hətta burada digər bir çox təhsil ocaqlarında olmayan "elektron jurnal" tətbiq olunub. Mən rayonda oturaraq övladımın dərslərdə iştirakını, keçilən dərslərin mətnini,imtahana giriş ballarını,imtahan nəticələrini, bir sözlə hər şeyi izləyə bilirəm. tələbələrə diplom işinin mövzusu 2 il qabaqcadan verilir. bütün bunlar Musatafa Babanlının rəhbərliyi dövreüdə olub.Mən o adamı heç vaxt görməmişəm,tanış deyiləm,qohumum da deyil.

Нушаба Гасанова 2018-01-23 18:19:00

М.Бабанлы-очень честный и порядочный человек.Навел порядок в институте! Спасибо ему за все! Наши дети там учатся.Везде камеры.Он сам постоянно ходит по этажам .Всем интересуется.беседует со студентами.Во время экзаменов .он сам заходит в аудиторию .НИКАКИХ ВЗЯТОК ТАМ НЕТ! Спасибо ему огромное!Кто хочет учится ,тот и учиться,созданы все условия !Коррупционеров и взяточников из педагог он уволил!

Etibar Əliyev 2018-01-23 18:19:00

Mən Neft və Sənaye Universitetində İctimai Etimad Şurasının üzvüyəm.Bu yazıda qərəz açıq-aşkar hiss olunur.Belə çıxır ki, Mustafa Babanlı təyin olunandan yaxşı heç bir iş görməyib?Vaxtilə bu Universitet (Akademiya) ən korrupsiyalaşmış təhsil müəssisəsi olub.Əminliklə deyirəm,Mustafa müəllim universitetdə rüşvətin kökünü kəsib.Normal təhsil mühiti yaradılıb. Bu çox böyük uğurdur.Babanlı ali təhsili çox yaxşı bilən şəxsdir. Universitetdə struktur dəyişiklikləri,müəllim seçimi yeni tələblərə cavab verir.

Hümbətov 2018-01-23 18:19:00

Yazıda M.BABANLI haqqında yazılar qərəzlidir. Mən O ali məktəbi bitirmişəm və həmişə ora ilə əlaqəm olub. Bazara, RÜŞVƏTXORLUQ yuvasına çevrilmiş bir universitetdə qısa müddətdə rüşvətin kökünü kəsib.Şəffaflıq yaradıb.Araşdırmalar göstərib ki, M.Babanlı rektor təyin edilən müddətə qədər 700-dən çox müəllimdən cəmi 14 nəfər RÜŞVƏTƏ MEYLLİ olmayıb.İndi gizli o işlə məşğul olan varsa onların sayı 14-dən çox olmaz. Müəllimlərə stimul yaradıb, yaxşı elmi nəticə göstərən müəllimlərə diferensal maaş verir.....!!!

seref 2018-01-23 18:19:00

Mingecevir turizm kollecinde qiymetler kelle carxa cixir 400-450 manat

TAMİLLA 2018-01-23 18:19:00

Mustafa Babanlı rektorlar rektoruna layiq bir ziyalıdır.Onun haqqında yazılanlar paxıllıqdan irəli gəlır.Ona görə ki.az müddətdə onun gördüyü işləri heç kim ğörə bilməzdi.Mustafa Babanlı xalqını.millətini.dövlətini sevən insandır.Tələbələr və valideyinlər onu sevir.Rektor üçün bu əsas göstəticidir.Allah pis niyyətli insanlardan onu qorusun.

matin 2018-01-23 18:19:00

burda faktlar göstərilib. AZİ dövlət universitetidir. M.Babanlı isə qohum-əqrabalarını yığıb ora! Bu qanuna ziddir. Eyni situasiyani Abel Məhərrəmov BDU-da yaradıb! Təsəvvür edin BDU da onun qohum -əqrabaları hər yerdədir.Nə qədər yerlibazlaır olar! Rüşvət baş alıb gedir. Həmin Babanlının bir qardaşı Abelin günahlarına öz üzərinə görürdü (rüşvət üzrə), altı aylıq məhbəs həyatından sonra Abel qurtardı.Torpaqsız bir zümrə ərəb şeyxləri kimi yaşayır.Tutulan Məhəmməd Babanlı isə akademikdir.

t.ədalət 2018-01-23 18:19:00

İntiriqaları ali məktəbə daşımaq lazım deyil.O ki qaldı yerliçilik xəstəliyinə,ölkəmizi fəlakətə sürüyən,yaxşıları pislərlə əvəzləyən tərbiyəsiz və bulanıq adamları vəzifələrdən kənarlaşdırmaq olmur.Yerliçilik və tayfabazlıq azarı,adətən, nadanlıqdan yaranır.Nə qədər ki nadanlar iş başındadır bundan da betər olacaq..

Mahirə 2018-01-23 18:19:00

Mustafa müəllim haqqınndakıyazılarqərəzlidir. O bu müəssisəyə gəldiyi bir ildə ADNA-dan ADNSU-ya təkcə ad dəyişilməyib müəllimlərin beynində kök salmış rüşvət anlayşı silinib, tələbələrin oxumaqla bilik qazanaraq iş tapacağına inamı artıb, magistrlərin doktorantların dissertantların rüşvət verməkdənn canları qurtarıb. Univeritetdə elmi baza yaradılıb müəllimlər və tələbələr real elmi iş aparır Qısa müddətdə elektron baza yaradılıb, dərslər prezentasiya ilə aparılır

Son yazılar