Moskvada zibil qutuları bayrağımızın rəngləri ilə boyandı - "Rəngin əhəmiyyəti var"

Moskvada zibil qutuları bayrağımızın rəngləri ilə boyanıb. Bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün “Facebook” səhifəsində paylaşıb. O, zibil qutularının yazıda təqdim olunan fotolarını Rusiya paytaxtındakı “Mega” Ticarət Mərkəzində çəkib.

Şəkillərdən göründüyü ki, zibil qutularının üzərində Azərbaycanın dövlət bayrağındakı rənglər həkk olunub.

Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı isə bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.

aydin-m“Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək”.

Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.

635x100

Şərhlər

X 2018-01-23 12:34:11

Azerbaycanda zibil qutusu yoxdu yaxudda ag goy kimi rengler?

t.ədalət 2018-01-23 12:34:11

Rusiyanın hansı mövqedə olduğu,zatən hamıya bəllidir.Bizimkilər 20 Yanvarın soyqırım olduğunu gizlətdikcə,Rusiya,ola bilsin ki,sabah gerbimizi ayaqyolunun üzərinə assın.Hələ görəcəyimiz günlər irəlidədir..

Fəxrəddin bəyə 2018-01-23 12:34:11

İndi demək istəyirsiniz ki, ortada narıncı, kənarda mavi və salatobıy rəngdi?

sabir 2018-01-23 12:34:11

Aydın müəllimin deməyindən belə başa düşdüm ki,xaricdəki erməni deasporunun nümayəndəsi gəlib Moskvadakı zibil qutularını rəngləyib.1905,1918,1920-ci illəri unutmayaq.

t.ədalət 2018-01-23 12:34:11

Bayrağımızın təhqir olunmasından çox müstəqilliyimizin əleyhinə səs vermək təhlükəlidir.Təəssüf ki hələ də müstəqilliyimizin əleyhinə olanlar A.Rəhimzadə,Əli Həsənov(qaçkom) və onlarla digərləri vəzifələrdədir.Belələrinə ehtiram göstərdikcə,əlbəttə,bayrağımız indikindən də çox təhqir olunacaq.Hələ yaxasında "Rusiyasnın dostu" medallarını gəzdirənləri demirəm.Əgər onlarda zərrəcə Vətənimizə sevgi hissi olsa,bu hadisədən sonra dərhal həmin medalları ayaqyollarına atarlar...

Fəxrəddin 2018-01-23 12:34:11

Sağ olun vallah! A kişilər başqa rənləri demirəm ortadakı rəng narıncıdır,qırmızı deyil.Qeyrətinizə qurban olum.Nəyi qoyub nəyi axtarırsınız.

Fəradi 2018-01-23 12:34:11

Azərbaycan-Rusiya arasındakı dostluq münasibətlərinin bariz nümunəsi : "RUSİYA XANKƏNDİNDƏ ƏYLƏNCƏ KOMPLEKSİ TİKİR". Şair də yaxşı deyir : "Mən səni sevəcəm sən sevməsəndə".

x-2 2018-01-23 12:34:11

təklif edirəm bizdə ayaqyolu qapılarını və unitazları körpələr üçün qarşokları rus bayrağının rəngində boyuyaq.

Abit 2018-01-23 12:34:11

En yaxşısı hemişeki kimi qulaq ardına vurmaqdı

Son yazılar