ABŞ hərbi texnikasının bir hissəsi Gürcüstana çatdırılıb

“Javelin” tank əleyhinə daşınan raket komplekslərinin Gürcüstana çatdırılmasının ilkin mərhələsi başa çatıb”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ səfiri Yan Kelli ilə görüşdə deyib.

Nazir bildirib ki, raket kompleksi sistemi Gürcüstanda təhlükəsiz yerdə quraşdırılıb. O qeyd edib ki, yaxın gələcəkdə gürcü hərbçilər bu sistemdən istifadə üçün tələb olunan biliklər əldə edəcəklər.

Qeyd edək ki, Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə daşınan raket komplekslərinin dəyəri 75 milyon dollar təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar