«Tezliklə Fələstini tanıyın!» - Abbasdan çağırış 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fələstin milli administrasiyasının (FMA) sədri Mahmud Abbas Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri ilə görüş öncəsi Avropa İttifaqını tezliklə Fələstin dövlətini tanımağa çağırıb.

«Biz, Aİ-nın mövqeyinə hörmətlə yanaşırıq. Biz, gerçəkdən, Aİ-nı dost və həmkar hesab edirik. Ona görə də biz, onun üzv dövlətlərini Fələstin dövlətini tanımağa çağırırıq. Onu da təsdiqləyirik ki, tanınmaq və danışıqların bərpası arasında heç bir ziddiyyət yoxdur» - deyə, Abbas jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, sülhə qapı açar və Fələstin xalqını dünya mədəniyyətinə güvənməyə sövq edərdi.

Abbas qeyd edib ki, Fələstin tərəfi İsrail və digər tərəflərlə imzalanmış sazişləri yerinə yetrmək niyyətindədir.

«Bununla eyni vaxtda, biz İsraili öz rolunu oynamağa və bu müqavilələrə əməl etməyə çağırırıq. Təsəvvür etmək olmaz ki, müqaviləni yalnız tərəflərdən biri yerinə yetirsin» - deyə, Abbas bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar