Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub – SİYAHI

Dərc olunub: 23/01/2018 - 16:01

f3dce356-8e25-437f-88f3-66ae2f13a4c2_292Azərbaycan Milli Məclisinin İntizam komissiyasının yeni tərkibi məlum olub.

“Report”un xəbərinə görə, İntizam komissiyasının yeni tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.

Parlamentin Hesablayıcı komissiyasının tərkibi də yenidən formalaşdırılacaq. Komissiyanın tərkibinə deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilir.

İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyəcək.

Layihələr Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacaq, komissiyaların yeni tərkiblərinin təsdiqlənəcəyi gözlənilir.


loading...




Fikrinizi bildirin