"Azərişıq" AMEA-nın işığını kəsdi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

“APA-Economics”in məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-01-23 16:23:46

Azərişıq AMEA-nı "təbrik" edib.

talis 2018-01-23 16:23:46

onlarin nəyiki isixini binalarini da əllərindən alsalar yaxsidi. onsuzda hec bir faydali islı məsxul deyillər.

Son yazılar