RABİTƏ SEKTORUNDA KÜTLƏVİ İXTİSARLAR - “Aztelekom” müştəriləri necə “cəlb” edir?

Bir müddət əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rabitə bölümündə ixtisaslı kadr çatışmazlığının olması barədə məlumat vermişdik. Xatırladaq ki, ləğv olunmuş MTN-dəki soyğunçu çetenin ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində onlara dəstək verən mütəşəkkil qrup aşkarlanmışdı. Bu qrup nazirlikdən, Əli Abbasov isə nazir postundan uzaqlaşdırıldıqdan sonra qurum daxilində işdənçıxarma dalğası başlanmışdı. Bu zaman yalnız qrupla bağlılığı olanlar deyil, xeyli sayda çevrəyə daxil olmayan ixtisaslı şəxslər də işdən uzaqlaşdırılmışdı. Bir sıra rayonlarda mühəndis heyətinə qədər uzanan “təmizləmə” əməliyyatı daha sonra ciddi mütəxəssis çatışmazlığının yaranmasına gətirib çıxarıb. Hətta iş o yerə çatmışdı ki, rayon qovşaqlarında sistemlə bağlı bilgiləri çıxarılan mütəxəssislərdən xahiş edib alırdılar.

Bu günlərdə isə “Yeni Müsavat”a rabitə sektorunda işdənçıxarılmanın yeni dalğasının başlandığına dair məlumatlar daxil olmağa başlayıb. Redaksiyamıza danışan etibarlı mənbənin dediyinə görə, rabitə strukturlarında son zamanlar kütləvi ixtisarlara start verilib. Bu dəfə həm mühəndis, həm də fəhlə heyətindən çoxlu sayda işçi vəzifəsindən uzaqlaşdırılır. Məsələn, illərdir rabitə sahəsində çalışan peşəkar mütəxəssisləri çıxarıb, yerinə filologiya, hüquq, iqtisadiyyat sahəsi üzrə ali təhsil alanları qoyurlar. Bu isə ümumi işin axsamasına səbəb olur: “Durum Əli Abbasovun nazirlik dönəmindən daha pisdir. Çoxpilləli idarəetmə yaradırlar, guya bununla artıq xərcləmələrin qarşısını alırlar. Əslində isə iş ləngiyir, keyfiyyət aşağı düşür. Məsələn, əgər Beyləqanda qəza baş verərsə və ora gedən qəza maşını yolda xarab olarsa, həmin rayonun telefon qovşağinin sədri “Aztelekom”a, “Aztelekom” isə nazirliyə məruzə edir. Sonra nazirlikdən “Aztelekom”a, oradan da rayon qovşağina nə edilməli olduqu bildirilir. Bu müddət ərzində maşın xarab halda küçədə qalır, baş verən qəza isə aradan qaldırılmır. Bu bürokratiya üzündən bəzən xırda bir qəzanın aradan qaldırılmasında iki-üç gün yubanma olur”.

aztelekomMənbəmizin dediyinə görə, vəziyyətin kəskin xarakter aldığı qurumlardan biri də “Aztelekom”dur. Belə ki, orada da işçiləri müxtəlif bəhanələrlə şərləyib işdən azad edirlər: “Birliyin audit və daxili təhlükəsizlik departamentinin direktoru Samir Daşdəmirov bir neçə IT mütəxəssisini işdən qovdurub. Onların yerinə isə öz yaxın adamlarını qoyur. İşdən qovulanlar arasında Sadiq, Cavid, Rauf adlı çox peşəkar, illərdir orada işləyən, bütün sistemə bələd olan IT mütəxəssislərini qeyd etmək olar. İşdənçıxarılma sxemi isə demək olar ki, eynidir. Məsələn, hansısa müştəri gəlib özəl internet provayderinə qoşulmaq istədiyini deyir. Müştəriyə yalandan deyirlər ki, sizin yaşadığınız yerdə həmin provayderə qoşulmaq olmaz. Çünki dediyiniz provayderin sistemi o ərazini dəstəkləmir. Gəlin sizin xətti “Aztelekom”a qoşaq. Beləliklə, müştərini aldadıb, “Aztelekom”a qoşurlar.

Bu aldadılmanı görən işdən qovulan şəxslər isə həmin müştərilərə bildiriblər ki, özəl provayderə də qoşulmanızda problem yoxdur və biz həll edə bilərik. Bunu eşidən Samir Dasdemirov öz adamının əli ilə həmin üç nəfər şəxsə pul verdirib (5-10 manat) sonra onları rüşvət aldıği üçün işdən qovdurub. Əslində isə onlara irad tutulub ki, niyə müştəriləri “Aztelekom”a yox, özəl provayderə qoşursuz. Dasdəmirovun bir sevimli sözü var: "Bura Azərbaycandır, sizdən hər şey gözləmək olar".

Bu cümləsini deyir, illərini rabitəyə vermiş mantyorları, IT mütəxəssislərini işdən qovur. Bundan başqa, “Aztelekom” daxilində hamıya tapşırılıb ki, lazım olan bütün ləvazimatlar, ehtiyat hissələr, kabellər “Omid” mağazalar şəbəkəsindən alınsın. “Omid” mağazalar şəbəkəsində isə hər şey başqa yerlərə nisbətən baha satılır: “Ümumilikdə “Aztelekom”da kabeli abonentə 3 dəfə baha qiymətə çəkirlər”(musavat.com).

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-01-23 17:27:12

Bu hələ rabitənin yaxşı günüdür. O qədər ixtisar edəcəklrər ki, birdə görəcəklər nazir və meavinlərdən başqa heç kim qalmayıb. Ömrü boyu humanitar işlərlə məşğul olan adamı rabitə naziri təyin edəndə belədə olmalıdır. Rabitə cpesifik bir sahədir. ona mütləq mütəxəssis rəhbərlik etməlidir. axırda adam tapa bilməyəcəklər ki, xətti qoşsun. ya nazir ya da onun müavinlərindən biri gəlib təmir işi aparacaq. Əgər bilmirlərsə Az.SSR Rabitə nazirliyinin ştatına baxsınlar və öyrənsinlər. ixtisar adı ilə ancaq fəhlələ

hərbi pensiyaçı 2018-01-23 17:27:12

ər, mütəxəssislər qovulur. görəsən nazirliyin mərkəzi aparatından nə qədər ixtisar edilib. bir nəfər rabitə fəhləsinə azı 5 nəfər rəhbər işçi düşür. bunun harası ixtisar oldu?

Anar 2018-01-23 17:27:12

Nə üçün rabitənin ugurları qeyd olunmur.XXI əsr texnologiya əsrdir. sözsüz ki ixtisarlar olacaq.amma haqlı olsun

ali təhsilli poçtalyon 2018-01-23 17:27:12

ölkənin rabitə sahəsində ən az əmək haqqı alan işçilər poçt sahəsindədir. Poçtalyon, əməliyyatçı orta hesabla 150-200 manat civarında əmək haqqı alır. Buna baxmayaraq azərpoçtda məsul vəzifələrə nazirlik tərəfindən çoxlu sayda lazımsız işçilər qəbul etdiriblər və hər birinə də yüksək maaş verirlər. Misal, azərpoçtda 3 nəfər baş direktorun müavini olduğu halda əlavə 2 nəfər də baş direktor müavini, fəaliyyətlərinin mahiyyəti heç kimə məlum olmayan mətbuat xidməti, "ekspertlər", "eyçarlar",

ali təhsilli poçtalyon 2018-01-23 17:27:12

və kimlər, kimlər. Hamısı da rabitədən xəbəri olmayan, iddaları yerə-göyə sığmayan, təcrübəli işçilərə qarşı saymamazlıq edən savadsızlardır. Təsəvvür edin, marketoloq deyilən birisi var, şöbəyə gəlir işçilərə salam da vermir. Mübadilə məntəqəsində, poçt şöbələrində pul mənimsəməsinə görə onların bir neçəsi artıq işdən qovulublar. Bu cür faktar çoxdur. Təəssüf ki, nazirlik öz işindədir. Ona görə də abırlı adamlar buradan çıxıb gedirlər. Sözsüz ki, burada belə şəraiti nazirlik yaradıb.

S.Ənvər qızı 2018-01-23 17:27:12

Rabitədə ixtisara ehtiyac duyulmur,belə ki,ixtisar etmək üçün birinci növbədə özünü idarə edə bilməyən,ahıl yaşlı pensiyaçıları,polisdən pensiyaya çıxan işçiləri işə götürüblər,yüksək də pensiya alırlar onları işdən azad etməklə ixtisarın qarşısını almaq mümçündür.Monopoliyaya son qoyulmasa əlbəttə aşağı təbəqəli mütəxəsislərin vəziyyəti çox ağır olacaqdır,çünki kiçik padşahlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə xəyanət edirlər,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar.

Mirsahib Həsənov Astara TKQ xətti sahə montyoru 3 2018-01-23 17:27:12

Bütün böldə TKQ-ləri öz gücünə işləyir AZTELEKOM sadəcə olaraq rabitəyə maniyədir.İlərlə qazandıqımız manfatları AZTELEKOM mənimsədi bizləri pis günə qoydular.Özlərinə ən yüksək əmək haqqı tərtib etdilər montyorlara 180-234 azn əmək haqqi verdilər bütün güzəştləri kəsdilər.Planları artıqlaması yerinə yetiririk Aztelekom 70% əlimizdən alır.Biz büdcədən kanar işləyirik.Bizə matiral lazım olanda biz onu aztelekomdan ala bilmirik.Telefon dirəklərin 80% cürüyüb yenisi ilə əvəz olunmur.Aztelekom ləqv olunmalıdır.

arzu 2018-01-23 17:27:12

Kas azerpocta rehber goyaydilar.bu gurumda orta tehsilli isciler var onlari deyisib tehsilli adamlari qoyaydilar

Son yazılar