«KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!» - MKİ başçısı

Pxenyanın Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfə nüvə başlıqlı raket atmaq barədəki təhdidləri reallığa çevrilə bilər.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo «CBSNews» telekanalına verdiyi müsahibədə bu barədə deyib: «Bu, bir neçə ayın məsələsidir».

«ABŞ hökuməti bu müddəti uzatmaq üçün bütün səyləri göstərir. Hazırda biz, MKİ-nin bir il əvvəl etdiklərini edirik. Riskli, gizli və məxfi əməliyyat...» - deyə, Pompeo əlavə edib.

Bundan əvvəl, yanvarın18-də amerikalı ekspertlər Koreya Xalq Demokratik Respublikasının (KXDR) ehtimal edilən nüvə arsenalını hesablamışdılar. Analitiklərin təsdiqlədiyinə görə, Pxenyan tətbiq olunmağa hazır 20 ədəd nüvə başlığına malikdir. Bununla bərabər, daha 60 döyüş başlığı hazırlamaq üçün KXDR kifayət qədər resursa malikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar