«Çərşənbə günü Ərdoğan Trampla telefon danışığı aparacaq» – Çavuşoğlu

Dərc olunub: 24/01/2018 - 00:06

630_360_1492474239-7112-tramp-erdogan«AzPolitika.info»-nun xarici qaynaqlara istinadla verdiyi xəbərə görə, çərşənbə günü (yanvarın 24-ü) Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Ağ Evin başçısı Donald Trampla telefon danışığı aparacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla, bu xəbəri «Milliyət» qəzeti yayıb. Gözlənilən danışığın mövzusu dəqiqləşdirilmir.

Böyük ehtimalla, başlıca mövzu Türkiyə silahlı qüvvələrinin Afrində «Xalq özünümüdafiə qüvvələri» və «Demokratik ittifaq» partiyasına qarşı apardığı «Zeytun budağı» əməliyyatı olacaq. Türkiyə hər iki qruplaşmanı PKK-nın qanadları hesab edir.

Bundan əvvəl, Vaşinqton Türkiyəyə çağırış etmişdi ki, əməliyyat miqyasına və müddətinə görə məhdud olsun. Amma Prezident Ərdoğan bu çağırışı tənqidə məruz qoydu və bildirdi ki, Birləşmiş Ştatlar «özü gərək Əfqanıstandakı əməliyyatların müddəti barədə özünə sual versin».

Ankara həm də son günlərVaşinqtonu Suriya kürdlərinə silah göndərməyi dayandırmağa çağırışlar etməyə başlayıb.


loading...




Fikrinizi bildirin