"Vaşinqtonun təzyiqlərinə birgə sinə gələk!" - Çindən Pusiyaya çağırış...

00Cin-Rusiya01«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) Rusiyadakı səfirliyinin hərbi attaşesi, general-mayor Kuy Yanvey bəyan edib ki, Pekin və Moskva Vaşinqtonun təzyiqlərinə birgə sinə gərmədidirlər.

Fedreasiya Şurasının təhlükəsizlik və müdfiə məsələləri komitəsinin sədri Viktor Bonaryevlə görüşü zamanı Yanvey qeyd edib ki, Pentaqonun yeni strategiyasında Çin və Rusiya Amerika Birləşmiş Ştatları (ABŞ) üçün təhləkə kimi yer alıb.

«ABŞ qərb ölkələri ilə birlikdə Avropa cinahından Rusiyanın qarşısını kəsir, Asiya tərəfdən isə Çinə qarşı durur» - deyə, hərbi attaşe qeyd edib.

Onun fikrincə, gərəkdir ki, Moskva və Pekin nəinki öz bölgələrində, həm də bütün dünyada təhlükəsizliyi təmin etmək üçün qobal təhdidlərə, eyni zamanda «ABŞ və müttəfiqlərinin çağırışlarına» qarşı birgə çıxış etsinlər.

Ötən cümə günü Pentaqon ABŞ-n yeni Milli müdafiə strategiyasını açıqlayıb. Bu zaman, ölkənin başlıca prioriteti kimi, Rusiya və Çinlə rəqabət önə çəkilir. ABŞ-n hərbi idarəsində hesab edirlər ki, Moskva və Pekin ABŞ-n təhlükəsizliyinə və çiçəklənməsinə təhlükə yaradır.

Çinin Müdafiə Nazirliyində (MN) isə bəyan ediblər ki, sənəd yalan və absurd mülahizələrlə «göz oxşayır və ABŞ-ı «soyuq müharibə düşüncəsindən» çəkinməyə çağırıblar.

635x100

Şərhlər

ARİF 2018-01-24 22:30:39

TÜRKİYƏ VƏ İRAN DA ABŞ-N TƏZYİQLƏRİNƏ QARŞI BİRGƏ SİNƏ GƏRMƏLİDİRLƏR.

Son yazılar