«Tramp kəşfiyyat materiallarını heç də veteranlardan pis qavramır» - Pompeo

Maykl-Pompeo«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp müntəzəm brifinqlər zamanı MKİ-nin əməkdaşları tərəfindən ona verilən kəşfiyyat materiallarını heç də kəşfiyyat sahəsində 25 il çalışmış peşəkarlardan pis «həzm etmir». Pompeo bu fikiri çərənbə axşamı Vaşinqtondakı Amerika işgüzarlıq istitutundakı çıxışı zamanı səsləndirib.

«Mən, 25 il kəşfiyyat stajı olan peşəkarların brifinqləri necə dinlədiyini görmüşəm. Deyə bilərəm ki, Prezident Tramp informasiyaları peşəkarlar səviyyəsində alan ünvandır» - deyə, Pompeo əlavə edib.

Onun sözlərinə görə, dövlət başçısı gələcək siyasət sahəsində «informasiyanı alaraq, mürəkkəb suallar vermək və sonra mühüm diskusiyalara keçmək gücündədir».

MKİ-nin direktoru bildirib ki, prezident üçün kəşfiyyat materialları ilə tanış olmaq məqsədilə brifinqlər müntəzəm əsaslarla keçirilir, hərçənd hər gün keçirmək vacib deyil.

Belə brifinqlər adəti üzrə, 30-40 dəqiqə çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar