İlham Əliyev isveçrəli həmkarı Alain Berset ilə görüşüb

Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrə Prezidenti Alain Berset ilə görüşü olub.

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub.

İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışılıb. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışılıb.

Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

635x100

Şərhlər

Qarabag 2018-01-25 00:01:03

Cenab prezdent siz eger azerbaycan xalqının tarixne düşmek isteyirsizse onda bu iki xalq atasının yolunnan gedin neriman nerimanov ve mircefer bagırov biri leninin dizni yere getdi türkiyeye yardım etdi ikinci ise stalinin otagna silahla girib azerbaycan xalqını sürgünnen xilas etdi növbe senindirki o putine yolnu göstermek xahiş edirem azpolitika rehberliyinnenki bu şerhi sayta buraxın xalq eşitsinki xalqımızın nece qeyretli dahileri olub

Son yazılar