"Real"dakı gələcəyim PSJ ilə oyunlardan asılıdır" - Zidan

zidan"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun 1/4 finalında "Leganes"ə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra fikirlərini bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadla yaydığı xəbərə görə, o deyib ki, Madrid klubundakı gələcəyi Çempionlar Liqasının 1/8 finallında PSJ ilə matçlardan asılıdır:

"Real"dakı gələcəyim PSJ ilə oyunlardan asılıdır? Əlbəttə, belə görünür. Mən məşqçiyəm və nəticələrə görə cavabdehəm. Vəziyyətdən çıxış yolu tapmalıyam. Komandanı daha yaxşı yerə gətirmək üçün çalışmağa davam edəcəm".

Qeyd edək ki, "Real" - PSJ görüşü fevralın 14-ü keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması martın 6-ı oynanılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar