"Türkiyə çətin tərəfdaşdır" - Rusiya XİN

"Türkiyə çətin tərəfdaşdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı Rusiyanın dəqiq mövqeyinin olmadığı ilə bağlı sualına cavabında Rusiya XİN sözçüsü ölkəsinin mövqeyinin bəlli və dəqiq olduğunu vurğulayıb.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara və Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndələrinin Rusiyanın kürdlərə xəyanət etməsi ilə bağlı suala cavab verən M. Zaxarova Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata görə Rusiyanın məsuliyyət daşımadığını söyləyib: "Bəli, Türkiyə çətin tərəfdaşdır. Lakin Rusiya çətinliyindən asılı olmayaraq daim Türkiyə ilə kürd problemini müzakirə edir. Rusiya kürd siyasi qüvvələrinin Suriya münaqişəsinin nizamlanmasına cəlb olunması üçün əlindən gələni edir".

Rusiya XİN sözçüsü kürdlərin nümayəndələrinin Soçidə keçiriləcək Suriya Milli Dialoqu Konqresinə dəvət olunduğunu da qeyd edib: "Kürdlərin nümayəndələrinə də dəvətnamələr göndərilib. Məsələ onlarlıqdır, təkcə dəvəti qəbul etməklə deyil, bu formatda fəal iştirak etmək lazımdır".

635x100

Şərhlər

Abit 2018-01-25 22:46:44

Eceb edirler,sizde atanşiksiz

Arif 2018-01-25 22:46:44

Marusya, UNUTMA, Turkiye hakimiyyeti Putinden ASILI DEYIL VE MUSTEQIL SIYASET ile OZ XALQININ MARAQLARINA XIDMET EDIR !!!

Son yazılar